Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
57285
az

Narkotik satan ər-arvad saxlanıldı - FOTO

19:3305 Avqust, 2021
495
CƏMİYYƏT
  • A

Şirvanda tiryəkxana aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Milli.Az-a verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakinləri, əvvəllər narkotiklərə görə məhkum olunmuş 56 yaşlı Firuz Şadlinskinin və onun həyat yoldaşı, 55 yaşlı Qönçəgül Baxışəliyevanın yaşadıqları ünvanda tiryəkxana təşkil etməklə narkotik aludəçilərinə narkotik maddələrin istehlakına şərait yaratdıqları, eləcə də narkotik vasitələrin satışı ilə məşğul olduqları müəyyən edilib.

Polis əməkdaşları tərəfindən evə keçirilən baxış zamanı oradan "patı" və "şüşə" adlanan narkotik maddə-metamfetamin, heroin, elektron tərəzi və narkotiklərin satışından əldə edilən pullar aşkar edilərək maddi sübut kimi götürülüb.

Həmçinin əməliyyat tədbiri keçirilən zaman orada narkotik vasitə qəbul edən iki nəfər şəxs də saxlanılıb. Araşdırmalarla onların Şirvan şəhər sakini Novruz Məmmədov və Hacıqabul rayon sakini Namiq Abdullayev olduqları müəyyənləşdirilib. Hər iki şəxs dindirilmə zamanı tiryəkxanaya narkotik vasitə qəbul etmək üçün gəldiklərini və pul müqabilində ev sahiblərinin onlara şərait yaratdıqlarını bildiriblər.

F.Şadlinski və Q.Baxışəliyeva isə izahatlarında onlara məxsus fərdi yaşayış evində narkotiklərin satışı həyata keçirdiklərini etiraf ediblər.

Faktla bağlı Şirvan ŞPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan bu ölkəyə başsağlığı verdi

Bakıda ev YANIR
Bakı metrosunda qatar yoluna düşən 20 yaşlı oğlanın son durumu- YENİLƏNDİ

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Ustalar hündürlükdən yıxıldı - Ölən var