Rusiya "Sarmat" qitələrarası ballistik raketlərinin ilk uçuş sınaqlarını 2019-cu ilin başlanğıcında həyata keçirməyi planlaşdırır.
Femida.az xəbər verir ki, bu haqda TASS-a Rusiya müdafiə-sənaye kompleksindəki mənbə bildirib.
Qeyd edək ki, ikipilləli, ağır, maye yanacaqlı, 5-ci nəsil strateji ballistik raket olan "Sarmat" Rusiyanın Raket Qoşunlarında "Voevoda"nı əvəzləməlidir. Sələfindən fərqli olaraq "Sarmat" raket əleyhinə müdafiəni yarmaq üçün daha güclü kompleksə, suborbital trayektoriyaya və səs sürətindən də 6 dəfə böyük sürət əldə edən döyüş başlıqlarına malikdir.
ABŞ-dakı hədəflər üçün nəzərdə tutulmuş "Sarmat"ın ilkin çəkisi 150-200 ton, uçuş məsafəsi 16 min kilometr, daşıya biləcəyi döyüş başlıqlarının ümumi çəkisi 10 tondur. Oxu24.com
ŞƏRHLƏR