Azərbaycanın əmək bazarında maaşı 2-5 min manat olan yüzlərlə iş yeri var. Bu peşələrin əksəriyyəti İT, neft-qaz sahəsinə aid olsa da, aralarında ənənəvi peşələrə də rast gəlinir. Məsələn, hazırda Azərbaycanda kənd təsərrüfatı üzrə ixtisaslaşan peşəkar mütəxəssisə əvvəlkindən bir neçə dəfə yüksək maaş təklif olunur.
Bundan başqa, yüksək gəlirli, İKT sahəsində çalışanlar da ən çox maaş alan siyahısındadır.
Mütəxəssis Mahir Qarayev deyir ki, əmək bazarında olan bir sıra sahələrdə peşəkar kadrlara yüksək tələbat var.
Göründüyü kimi, əməkhaqqına təsir edən əsas məsələ əmək bazarındakı tələb-təklifdir. Hazırda isə iqtisadiyyatın prioritet və perspektiv vəd edən sektorlarında savadlı mütəxəssislərə ciddi ehtiyac yarandığı üçün ölkə standartlarından xeyli yüksək olan maaşlı işlərə rast gəlmək mümkündür. Oxu24.com
ŞƏRHLƏR