Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5711
az

Nazir qəzada yaralananların vəziyyətini nəzarətə götürdü

23:2201 Oktyabr, 2018
645
CƏMİYYƏT
  • A
 Səhiyyə naziri Oqtay Şirəliyev Bakıda baş vermiş dəhşətli qəzada xəsarət alanların vəziyyətini xüsusi nəzarətə götürüb.
 
Bu barədə “Oxu24.com”a açıqlamasında nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib.

Onun sözlərinə görə, yaralı şəxslərin vəziyyəti ilə yerində tanış olmaq və onlara lazımi yardımı göstərmək üçün Sabunçu xəstəxanasının 2 uşaq travmatoloqu, 2 nervpotoloqu və Neyrocərrahiyyə Şöbəsinin baş həkimi xəstəxanalara ezam edilib.

Qeyd edək ki, bu gün 160 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən “10-TG-106” dövlət qeydiyyat nişanlı sərnişin avtobusu Xəzər rayonu, Binə qəsəbəsində hərəkətdə olan qatarla toqquşub. Hadisə nəticəsində 1 nəfər azyaşlı dünyasını dəyişib, 5-i uşaq olmaqla 34 nəfər yaralanıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda rəfiqələr birləşib qadını öldürdü - Səbəb dəhşətə gətirir
Qaraciyərin piylənməsi xərçəng xəstəliyinə necə səbəb olur?
Bu əlamətlər varsa böyrəyiniz xəstədir - Dərhal həkimə müraciət edin!

Sağlamlığınıza belə nəzarət      edə      biləcəksiz

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
3 nəfər belə öldü - DƏHŞƏTLİ VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Qaxda azyaşlı qızı yük    maşını      vurdu