Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
56974
az

Belçikanı yenə sel basdı - VİDEO

19:5925 İyul, 2021
945
CƏMİYYƏT
  • A

Belçikanın cənubunda leysan yağışlar səbəbindən yeni sel qeydə alınıb, sel Valloniya bölgəsinin mərkəzi Namür şəhəri də daxil olmaqla, bir neçə yaşayış məntəqəsi su altında qalıb.

Bu barədə "RTBF" telekanalı məlumat yayıb.

Məlumata görə, daha çox Dinan şəhəri və Namürün bir sıra məhəllələrinə ziyan dəyib. Dinanda palçıq axınları avtomobilləri süpürərək aparıb. Tələfat və xəsarət alanlar barədə hələlik məlumat yoxdur.

Dinan şəhərinin burqomistri (şəhər administrasiyasının rəhbəri) Aksel Tiksonun təcili keçirilmiş mətbuat konfransında bildirdiyinə görə, "gün boyu davam edən göy gurultulu leysan yağışından sonra şəhərə dağlardan palçıq axını gəlib, nəticədə onlarla avtomobili, yol nişanlarını, çəpərləri və yaşıllıqları aparıb".

"Myoz çayında suyun səviyyəsinin kəskin artması nəticəsində şəhərin bir neçə məhəlləsini su basıb, suyun səviyyəsi 30 sm-ə çatır. Xoşbəxtlikdən söhbət yalnız maddi ziyandan gedir, şəhərdə ölən yoxdur", - deyə burqomistr qeyd edib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Milli Məclisin deputatları Ceyhun Bayramova müraciət etdilər
Nar niyə “təbii aptek” sayılır?
Bu ölkə çətin durumda: Gənclər arasında işsizlik rekord həddə çatıb

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Binədə 7 evdən oğurluq edən şəxs saxlanıldı