Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
56946
az

Bu gün snayperlə vurulan Fərmanın atası da şəhid imiş... - FOTO

23:3523 İyul, 2021
1975
CƏMİYYƏT
  • A

Xəbər verdiyimiz kimi, bu gün saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutub. Qarşı tərəfdən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz gizir Yaqublu Fərman Telman oğlu şəhid olub.

OXU24.COM xəbər verir ki, "qafqazinfo"nun əldə etdiyi məlumata görə, şəhid gizirimiz Vətən müharibəsi iştirakçısı olub. O, Prezident İlham Əliyevin sərəncamı ilə "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif olunub.

Şəhid Fərmanın atası Yaqubov Telman Fərman oğlu da şəhiddir. O, 1994-cü ildə Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Şəhidimizin atası Beyləqanın Birinci Şahsevən kəndində dəfn olunub.

Qeyd edək ki, şəhidimizin əmisi oğlu MAXE Yaqubov Həsən Hüseyn oğlu da Vətən müharibəsindən sonra həlak olub. Belə ki, Həsən Yaqubov bu ilin yanvarın 12-də Şuşa istiqamətində avtomobil qəzasına düşməsi nəticəsində dünyasını dəyişib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qocalmanı sürətləndirən 5 amil
Telefonu gün ərzində neçə dəfə doldurmaq olar?
Bu da Üzeyir Mehdizadənin ATASI - FOTO

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO