Bu gün saat 08 radələrində Bakı-Quba yolunun Sumqayıt şəhərinin Tağıyev qəsəbəsindən keçən hissəsində baş vermiş dəhşətli qəzada ölənlərin sayı 3-ə çatıb.
Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının malicə işləri üzrə müavini Mirnazir Muxtarov Modern.az-a açıqlamasında deyib ki, yaralıların vəziyyəti ağırdır və onlar bu gün evə buraxılmayacaq.
“Xəstəxanaya yerləşdirilən yaralıların yaxınları dərhal xəbəri eşidən kimi xəstəxanaya gəlib. Ümumilikdə 15 nəfər yaralı daxil olmuşdu. Onlardan 8 nəfərini evə buraxdıq. Ağır yaralı olan xəstələrdən bir nəfər dünyasını dəyişib. Vəziyyəti orta ağır olan 6 yaralının isə heç biri bu gün evə buraxılmayacaq”
Oxu24.com Report.az-a istinadən xəbər verir ki, ağır vəziyyətdə Sumqayıt şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilən Rzayeva Raisanın həyatını xilas etməm mümkün olmayıb. Onun qızı İllona isə təcili əməliyyat edilməsi üçün bakıdakı ixtisaslaşmış xəstəxanaya göndərilib. Həkimlər İllona Rzayevanın onurğasının qırıldığını və təcili əməliyyat olunmalı olduğunu bildiriblər.
Bildirilir ki, “Mercedes” markalı mikroavtobusun “Shacman” markalı yük maşınına çırpılması nəticəsində sürücü Rövşən hüseynovla, avtobusda olan başqa qadın sərnişin hadisə yerində ölüb. Qəzaya avtobusun sürətlə eyni yük maşınına çırpılması səbəb olub.
*****
Bu gün saat 8 radələrində Bakı-Quba yolunun Sumqayıtın H.Z.Tağıyev qəsəbəsindən keçən hissəsində baş vermiş dəhşətli qəzada ölən şəxslərdən birinin adı məlum olub.
“Mercedes” markalı mikroavtobusun “Shacman” markalı yük maşını ilə toqquşması nəticəsində mikroavtobusu idarə edən Rövşən adlı şəxs aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Avtobusda olan qadın sərnişinlərdən biri isə xəstəxanaya çatdırılarkən keçinib.
Bildirilir ki, qəzaya düşənlər turist olub və Bakıdan Qubaya istirahətə gedirmiş.
Yaralılar a yerləşdirilib. Onların əksəriyyətinin vəziyyəti ağırdır. Oxu24.com
ŞƏRHLƏR