Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
56773
az

Polis avtobusda əməliyyat keçirdi: Tutulanlar var +VİDEO

15:4120 İyul, 2021
668
REDAKTORUN SEÇİMİ
  • A

Sumqayıtda polis ictimai nəqliyyatda cibgirliklə məşğul olan şəxslərə qarşı  əməliyyat keçirib.

Oxu24.com -un  məlumatına görə, Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən şəhər ərazisində avtobuslarda, ticarət məkanlarında cibgirliklə məşğul olan şəxslərə qarşı xüsusi əməliyyat həyata keçirilib. 

Əməliyyat zamanı şəhər ərazisində fəaliyyət göstərən 9 nömrəli marşrut xəttində sərnişinlərdən birinin cibindən 150 manat pulu oğurlayan 50 yaşlı Elxan Cəfərov saxlanılıb. O, avtobusda olan sıxlıqdan istifadə edərək oğurluq əməlini həyata keçirib və növbəti dayanacaqda düşərkən polis əməkdaşları tərəfindən tutulub: “Evdən çıxdım, mindim 9 nömrəyə. Bir ostanovka getmişdim. Kaşloku götürdüm düşdüm. Tutdular. İçində 150 manat pul var idi. Verdim qadının özünə. Tutdular gətirdilər bura”.

İstintaqa cəlb edilən Elxan Cəfərovun indiyədək oğurluq və narkotik maddələri saxlama maddələri ilə 10 dəfə məhkum olunduğu və ümumilikdə 20 il məhkum həyatı yaşadığı məlum olub. 

Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, Elxan Cəfərov Sumqayıt şəhər Polis İdarəsinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata  keçirdiyi əməliyyat tədbirləri nəticəsində yaxalanan  məşhur cibgir və narkobaron Qəmər Cəfərovanın oğludur.

Həmçinin oxu: TƏCİLİ XƏBƏR! Əhaliyə rəsmi xəbərdarlıq edildi: Yaxın günlərdə...

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Heyvanları incidənlərə bəd xəbər
Azərbaycan elminə ağır itki baş verib
"Mehriban Qaralovanı Zakir Qaralova bağlamaq absurddur" - Şəmsi Vəfadar

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Binədə 7 evdən oğurluq edən şəxs saxlanıldı