Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
56732
az

Peyvənddən dərhal sonra çimərliyə getmək olarmı? - AÇIQLAMA

22:0419 İyul, 2021
514
CƏMİYYƏT
  • A

Koronavirusa qarşı peyvənd edildikdən dərhal sonra çimərlikdə istirahət etmək nə dərəcədə mümkündür?

OXU24.COM "Lent.az"a istinadən xəbər verir ki, bununla bağlı həkim-terapevt, immunoloq İrina Yartseva fikirlərini bölüşüb.
Mütəxəssis qeyd edib ki, ən əsası bədənin rahatlığını qorumaqdır: “Peyvənd gününün axşamı, istilər azaldıqda çimərlikdə rahatlanmaq mümkündür".

Terapevt koronavirusa qarşı peyvənd edildikdən dərhal sonra çimərlikdə istirahət etməyin təhlükəli olmadığını bildirib:
“Peyvənd olunduqdan sonra çimərliyə getməkdə heç bir əks-təsir görmürəm. Dənizdə üzmək ağırlaşdırıcı fəsad yaratmır. İnyeksiya yerinin islanmasından qorxursanızsa, narahat olmayın. Edə bilərsiniz”.

O, əlavə edib ki, prosedurdan sonra ən azı bədən temperaturunun qalxması müşahidə edilə bilər: “Bu zaman normal tepmeraturlu otaqda qalmağı, dincəlməyi məsləhət görürəm. İlk gün bədəni yüksək temperaturdan və ya ağır idman məşğələlərindən qorumaq lazımdır. Bir sözlə, bədəni həddindən artıq yükləməmək tövsiyə olunur”.

Qeyd edək ki, daxili xəstəliklər klinikasının – “Avropa Tibb Mərkəzi”nin baş həkimi Svetlana Bunova isə cimərlik tətilinə yalnız koronavirusa qarşı ikinci peyvənddən 21 gün sonra getməyi məsləhət görür. Onun sözlərinə görə, bu müddət ərzində bədəndəki infeksiyaya qarşı antikorlar tam formalaşır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu ölkənin təhlükəsizlik naziri HƏBS OLUNDU -FOTO
Şəhid anaları təyyarə qəzasında həlak olanların ruhuna dualar oxudular -FOTO/VİDEO
Pilotlar təyyarəni buna görə dənizə endirməyiblər -Kapitan SƏBƏBİ AÇIQLADI / VİDEO

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Usta öldü