Masallıda avtomobil velosipedlə toqquşub, bir nəfər ölüb.
"Report"un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə gecə saatlarında Lənkəran-Boradigah yolunun Türkoba kəndindən keçən hissəsində baş verib.
"Toyota Prado" markalı avtomobil velosipedlə toqquşub.
Nəticədə velosiped sürən Masallı rayonunun Şatıroba kənd sakini, 1983-cü il təvəllüdlü Rəhimov Ruhid Vəliəhəd oğlu ağır dərəcəli bədən xəsarətləri alıb.
Yaralı velosipedçi Masallı Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım aldıqdan sonra Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Bu gün səhər həkimlərin səyinə baxmayaraq, velosipedçi vəfat edib.
Onun meyiti müayinə olunmaqdan ötrü Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı Rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Oxu24.com
ŞƏRHLƏR