Xaçmaz rayonunda azyaşlının vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Xaçmaz rayonu ərazisində qeydə alınıb.
Minik avtomobili yolu keçən 2009-cu il təvəllüdlü İsakov Elşad Etibar oğlunu vurub.
Azyaşlı təcili yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirib.
Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
Oxu24.com
ŞƏRHLƏR