Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə 18.07.2021-ci il tarixində günorta saatlarında Sabirabad rayonunun Qalaqayın kəndi ərazisindəki Sabir kanalında batan azyaşlının axtarışlarının aparılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.
Oxu24.com FHN-nin saytına istinadən bildirir ki, məlumat qəbul edildikdən dərhal sonra nazirliyiin müvafiq qüvvələri axtarışlara cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, kanalda batan 2015-ci il təvəllüdlü Miriyev Əli Elsevər oğludur. Ə.Miriyevin meyiti Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasedicilərinin və yerli sakinlərin birgə səyi nəticəsində tapılaraq kanaldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Oxu24.com
ŞƏRHLƏR