Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
56607
az

Bakıda mağazada dəhşət: Oğlan öldü

15:4517 İyul, 2021
1245
REDAKTORUN SEÇİMİ
  • A

Bakıda məşhur supermarketlərdən birində gənc oğlan qəfil dünyasını dəyişib.

Oxu24/com  “report”a istinadən xəbər verir ki, hadisə yerinə təcili tibbi yardım çağırılıb.

Hadisə ilə bağlı sosial şəbəkələrdə yayılan videoda mərhuma tibbi yardım göstərən həkimlər tənqiq olunub. Sosial şəbəkə istifadəçilərindən biri isə qeyd edib ki, tibb işçiləri cəmi 5 dəqiqə ərzində gəlsələr də, 45 dəqiqə müddətində gəncin ürəyi səhv masaj edilib.

Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimin müavini İradə Əliyeva “Report”a açıqlamasında bildirib ki, hadisə ilə əlaqədar 103 çağrı mərkəzinə çağırış daxil olub:

“Çağırışdan 5 dəqiqə sonra həkim briqadası hadisə yerində olub. Həkimlərin çatanda həmin şəxs artıq çoxdan keçinmiş olub.

Çağırışı verən şəxs isə vətəndaşın nə zaman keçindiyini bilinmədiyindən həkimlərimiz dərhal ürək-ağciyər reanimasiyasına başlayıb.

Bu müdaxilə ölümdən keçən 3-5 dəqiqə ərzində icra olunur. Adətən bu müdaxilədə ilk olaraq güclü təkan verilir, yəni döş qəfəsinə möhkəm yumruq vurulmalıdır. Ardınca masaj edilir. Həkimlərin ətrafda adam çox olduğundan təkan vurmayıblar”.

İ.Əliyeva vurğulayıb ki, həmin şəxs uşaqlıqdan ürəklə bağlı problemi olub:

“Araşdırmalar zamanı məlum olub ki, mərhum mütəmadi şəkildə ürəyindən müalicə alıb, poliklinikada qeydiyyatda olub”.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda gecə saatlarında dəhşətli anlar:Tutulan və yarlı var
Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
Rəisi ilə bağlı SON DƏQİQƏ MƏLUMATI

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda dava edən qonşuları ayıran qadın boğazından bıçaqlanıb