Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
56507
az

DİQQƏT! "Delta" ştammı haqqında bu məlumatları mütləq bilməlisiniz - VİDEO

08:5315 İyul, 2021
647
TİBB
  • A

Dünyada sürətlə yayılan "delta" ştammı artıq ölkəmizdədir. Həkimlər vətəndaşları daha diqqətli olmağa səsləyir. Çünki, bu mutasiya digərlərinə nisbətən 60 faiz daha sürətlə yayılır və yoluxur. "Delta" ştammının əlamətləri də aldadıcıdır.

Oxu24.com  Xəzər TV-yə istinadən xəbər verir ki, yoluxma qabiliyyəti 2 dəfə yüksək, əlamətləri isə aldadıcıdır. Koronavirusun "Delta" ştammına qarşı vətəndaşlar daha diqqətli olmalıdırlar.

Həkim-infeksionist Natiq Əliyev deyir ki, virusun bu variantının əlamətləri mövsümü qripə çox oxşayır.

Bundan başqa, virusun bu növünə yoluxan şəxslərdə mədə-bağırsaq problemləri, ishal və qarın ağrısı da müşahidə oluna bilər. Paralel olaraq baş ağrısı, öskürək, qusma, halsızlıq və əzələ ağrıları da qaçılmazdır.

Həkim infeksionist deyir ki, Hindistanda meydana gələn və sürətli şəkildə dünyanı cənginə alan bu ştamm hazırda ölkəmizdə də var.

Yeni növlərdən qorunmağın ən effektiv yolu isə vaksinasiyadır. Çünki, COVID-19-a qarşı istifadə olunan vaksinlər "Delta" variantından qorunmağa imkan verir. Yəni, vaksinlər yeni ştammlara qarşı çox effektivdir.

Mütəxəssizlər bildiriblər ki, virusun "Delta" variantı uşaq və gənclər arasında xəstələnmə hallarının çoxalmasına səbəb olur.

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Vüqar Qurbanov bu xəstəxanaya baş həkim      təyin       etdi
Səhiyyə Nazirliyindən yeni yayılan virusla bağlı- Açıqlama

Baydenin oğlunun milyonluq evi yanıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
9-cu sinif şagirdi vəfat etdi