Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5644
az

ABŞ mətbuatında İran-Azərbaycan münasibətləri haqda sensasion yazı dərc olunub

11:5229 Sentyabr, 2018
1560
SİYASƏT
  • A
‘’ABŞ-ın İranla bal ayı bitdi, lakin indi onun müttəfiqləri hədəfdədir’’; ‘’ABŞ öz güc və nüfuzunu, o cümlədən hərbi və kəşfiyyat köməyini İranın təhdid etdiyi Azərbaycana ayırmalıdır’’

“Jewish news service” agentliyinin redaktoru Ceykob Kamaras ABŞ-İran münasibətləri ilə bağlı “thedailycaller.com” saytıında analitik yazı qələmə alıb. Məqalənin mərkəzində Azərbaycan, onun ABŞ üçün strateji əhəmiyyət daşıması və İranın neqativ təsirindən qorunması durur.

Məqalə bir tanınmış bir amerikalı tərəfindən yazılıb, İrana qarşı qərəzlidir, provokativ cəhətləri var. Lakin Azərbaycan oxucusu və təhlilçilər üçün bu yazıda çox maraqlı məqamlar var. Bu səbəbdən də musavat.com “thedailycaller.com” saytına istinadən həmin yazını təqdim edir:

“Bu həftə, BMT Baş Assambleyasının sessiyasının gedişində İranla ABŞ arasında “bal ayı” rəsmən bitmiş oldu. ABŞ Tehranla imzalanan, daha çox “İran nüvə sazişi olaraq” tanınan ziddiyətli “Birgə Tamhəcmli Fəaliyyət Planı”nın artıq tərəfdaşı deyil.

Bununla da İran ABŞ-ın səxavəti sayəsində, daha doğrusu sanksiyalarının yumşaldılmasından, habelə əlavə qaynaqlardan gələcək 150 milyard dollardan məhrum qalacaq.

Hər bir halda teatr BMT Baş Assambleyası kənarında da bütün ritorika və əzəməti ilə davam edir. Son zamanlarda tvitlər, bəyanatlar (hətta İranın həmişə əsəbi keçmiş prezidenti Mahmud Əhmədinecat belə), İran dövlət televiziya və radiosu vasitəsilə ABŞ-a (və təbii ki, İsrailə) qarşı təhdid dolu sərt mesajlar gəlməyə başlayıb.

Görünür, İran artıq təzyiqin gücünü hiss edir. Daha sərt davranaraq diplomatik manevrləri çox da vecinə almayan bir prezident və dövlət katibindən bir şeylər qopara biləcəyini zənn edən İran prezidenti Həsən Ruhani Donald Trampın dəvətini qəbul etməyib.


Budur, Fransanın neft nəhəngi “Total” İranın “Cənubi Fars “yatağı ilə bağlı 2 milyard dollarlıq layihədən vaz keçib. Budan başqa Cənubi Koreyanın “Daelim” şirkəti İranın neft emalı ilə məşğul olan firması ilə imzalanan 2 milyard dollarlıq sazişi ləğv edib. İranın milli valyutası, rial sürətlə dəyərini itirir. Bütün bunlara əlavə olaraq qarşıdan Trampın İran iqtisadiyyatını daha böyük çətinliklərə soxacaq sanskiyaları gəlir.

Gözlənildiyi kimi dünyada terrorçuluğun bir nömrəli sponsoru sayılan bu dövlət bütün bunların öhdəsindən gələ bilmir. İran indi də Suriyadakı vətəndaş müharibəsini maliyyələşdirir, burada İsraillə müharibəyə başlamağa imkan verən hərbi infrastruktur qurur. Tehran həmçinin “Hizbulla”, Fələstin Azadlıq Təşkilatı, Hamas və digər təşkilatlar (onların hamısı Avropa və solçulaırn sevimliləri sayılırlar) tərəfindən Qərbə və İsrailə qarşı həyata keçirilən terrorizmə səxavətlə maliyyə yardımı göstərir.

Molla rejiminin hədəfləri arasında ən az müzakirə olunanı İranın qonşusu Azərbaycandır. Bu yəqin ki Azərbaycanın kiçik bir xalq və ya müsəlman olması səbəbindən diqqətdən kənarda qalması ilə bağlıdır.

Hər bir halda Azərbaycan Avropanı Rusiya və İranın neft və qazından asılılığını azaldacaq Cənubi Qaz Kəməri (CQK) üçün vacib ölkə sayılır. Bu həm də Çindən Avropaya qədər Qədim İpək Yolunu izləyən və həyati önəm daşıyan ticarət marşrutu üçün olduqca əhəmiyyətlidir. Azərbaycan bu böyüklükdə ticarəti həyata keçirmək üçün Bakı-Tiflis-Qars dəmiryolunun, habelə ultraamüasir və nəhəng Bakı dəniz limanın tikintisini başa çatdırıb.

Qatı dünyəvi, qərbyönümlü dövlət sayılan Azərbaycan həmişə İranın siyasi təsiri və zorakılıq cəhdlərindən əziyyət çəkib. Fəqət İran mollaları özlərinin dünyəvi dindaşlarına olan nifrətini yeni və daha təhlükəli səviyyələrə çatdırıblar. Azərbaycan diplomatik, mədəni, hərbi və təhlükəsizlik sahəsində dərin əlaqələrə malik olduğu İsraillə sıx münasibətlər saxlayır.

Ötən ay Azərbaycanın ikinci böyük şəhəri Gəncənin meri Elmar Vəliyevə sui-qəsd törədən terrorçu Yunis Səfərov həbs olunub. 2016-cı ildə Yunis Səfərov İranda 8 ay yaşayıb və İran tərəfində Suriyada savaşıb. Azərbaycan xüsusi xidmət orqanlarının təsbitinə görə, Səfərovun bu terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qaydaları ilə idarə olunan İslam dövləti qurmaq olub.

Burada əsas və pis olan cəhət Səfərovun Rusiya vətəndaşı, anasının isə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin agenti olmasıdır. Əlbəttə bütün bunlar təsadüfi deyil, həmçinin Kreml və Tehranın əlbir olduğunu göstərir. İşlə bağlı təhqiqat hələ də davam edir.


Bir həftə sonra yenə də Gəncədə Yunis Səfərovun həbsinə etiraz edən 150-200 nəfərlik radikal dini qrupun aksiyası zamanı iki silahsız polis polkovniki qətlə yetirilib.

Terror hücumları İranın 475 millik hüduda malik olduğu keçmiş sovet respublikasına on illər ərzində təsir göstərmək yolunda son pərdələridir. Diqqətəlayiq olan hal İranda Cənubi Azərbaycan adlanan bölgədə 30 milyon etnik azərbaycanlının yaşamasıdr. İran bu faktları dünyadan gizlətməyə çalışır.

İran kimi Azərbaycanın müsəlman əhalisinin əksəriyyətini şiələr təşkil edir. Lakin bu onların yeganə bənzərliyidir. İran, Yaxın Şərq və islam dünyası xaricində şiələrin rəhbərlyi altında qurulmasını nəzərdə tutan qaniçən, antiqərb teokratiyadır. Azərbaycan isə Qərbə meyllidir və aydındır ki, sadə, normal bir xalqdır.

Azərbaycan Konstitusiyasının 7-ci maddəsi onu hüquqi və dünyəvi dövlət olaraq müəyyənləşdirib.19-cu maddədə isə dövlətlə dinin ayrılığı, həmçinin bütün dinlərin qanun qarşısında bərabərliyi təsbit edilib.

Azərbycanda yəhudi əhalisinə qarşı çoxəsrlik tolerant münasibət hökm sürür. Bu ölkədə yaşayan istənilən yəhudi azərbaycanlılar arasında antisemitizmin hisslərinin yaşanmadığının şahidi ola bilər. Azərbaycan cəmiyyətinə xas olan bu cür əxlaq və mənəviyyatı pozmaq naminə Tehran öz qonşusunu sərt, iranyönümlü teokratiyaya çevirmək istəyir.

İran dövri olaraq Azərbaycanda Xomeyniçi təlimləri yayan məscidlər açır. Bu institutlar Azərbaycan hökumətini dünyəviliyinə görə qınayır və sıravi vətəndaşlar arasında özünə yeni tərəfdarlar cəlb edir. Buna cavab olaraq Azərbaycan onların bir çoxunu bağlayıb və İranın təsirindən qorunmaq üçün mümkün tədbirlər görür.

Buna rəğmən İran hələ də güclü təzyiq və terrorçuluqda israr etməkdədir. Iran parlamentinin spikeri Əli Laricani Azərbaycanın özündə çıxış edərək ölkənin “imamların təlimi ilə çiçəklənə biləcəyini” söyləyib.

Azərbaycan müdafiə nazirinin 2012-ci ildə Tehran səfəri zamanı ölkə bayrağı tərsinə asılmış, İslamı simvolizə edən yaşıl rəng yuxarıda göstərilmişdi. 2013-cü ildə İranın “Keyhan” qəzeti isə Azərbaycanın İrana birləşdirilməsi üçün xalq referendumunun keçirilməsi ilə bağlı çağırış edib.


Azərbaycanın enerji sektoru İran təzyiqinin sonuncu mərhələsi sayılır. Azərbaycanın başını çəkdiyi 2200 mil, 7 ölkə və 3 qaz kəmərini əhatə edən Cənubi Qaz Kəməri rəsmi Bakının Xəzər hövzəsində təbii qazın Avropaya nəqli yolunda əsas dövlət kimi mövqeləri sayılır..

Diqqətəlayiq hal bundan ibarətdir ki, “CQK” yuxarıda adı çəkilən şəhərin şərəfinə adlandırılan “Gəncə aralığı” adlanan 60 millik zonadan, Rusiya və İranın hüdudlarına dəymədən keçir. Bu yaxınlarda məhz törədilən terror aktlarının məhz Gəncədə baş tutmasının təsadüf olub-olmaması ayrıca sual mövzusudur.

Prezident Tramp sələfinin İranla bağlı səhvlərini düzəltmək üçün müdrik addımlar atır. Tramp administrasiyası İrana sanksiyalar və diplomatik manevrlə təzyiqlərin gücləndirilməsini planlayır. Bü müdrük və möhkəm kursdur. Lakin eyni zamanda bu həm də başlanğıc olmalıdır.

ABŞ öz güc və nüfuzunu, o cümlədən hərbi və kəşfiyyat köməyini İranın təhdid etdiyi müttəfiqlərinə ayırmalıdır. Məhz Azərbaycan bu siyahının başnıda gəlməlidir. Çünki bu dövlət Tehranın mənəviyyatsız rəhbərliyinin şeytani uğurlarından və bununla bağlı terror və təhlükəli təbliğatından olduqca əziyyət çəkir.

Birləşmiş Ştatlar və müttəfiqlərinin maraqları naminə İranın qorxu altında saxlanılması vacibdir.

Ceykob Kamaras Haym Salomon Center in qurucusudur. Onun Yaxın Şərq , ABŞ siyasəti və Avrasiya ilə bağlı məqalələri “Washington Times”, “Independent Journal Review”, “The American Spectator2, The Daily Caller, və CNS News.01 media orqanlarında dərc olunub.

Yazının orijinalı bu linkdə: https://surveys.google.com/warm-welcome?dest=%2Fyour-surveys%3Fcategory_id%3Dexample

Musavat.com Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mustafayev Qaluzinə Bakının sülh müqaviləsinə dair mövqeyini TƏQDİM ETDİ
Prezident Ermənistanla sülh üçün 2    şərtini     AÇIQLADI
"Şuşa Bəyannaməsində qarşılıqlı hərbi yardımı nəzərdə tutan bənd var"- İlham Əliyev

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ