MakSim adı ilə tanınan rusiyalı müğənni Marina Abrosimovanın vəziyyəti ağır olaraq qalır.
Bu haqda TASS-a müğənninin piar-meneceri Yana Boquşevskaya deyib.
"Marina hazırda bir az daha yaxşıdır, amma vəziyyəti ağır olaraq qalır. Süni ağciyər ventilyasiyası aparatından ayrılması barədə hələ söhbət yoxdur" deyə, o bildirib.
Boquşevskaya müsbət dinamika barədə danışmağın hələ tez olduğunu vurğulayıb.
Qeyd edək ki, MakSimin koronavirus testinin nəticəsi neqativ çıxıb
Oxu24.com
ŞƏRHLƏR