Sudanın şimal-şərqindəki Port Sudan şəhərində yerləşən idman klubuna edilən hücum zamanı azı altı nəfər ölüb.
"Report" xəbər verir ki, bu barədə "Alrakoba" məlumat verib.
Belə ki, motosikletli bir neçə nəfər idman klubunun ərazisinə partlayıcı maddələr atıblar. Bundan əlavə, hadisə yerini tərk edərkən ətrafa atəş açıblar.
İki nəfər hadisə yerində, dörd nəfər isə xəstəxanada vəfat edib.
Artıq şəhər polisi cinayəti törətməkdə şübhəli bilinən bir neçə nəfəri həbs edib.
Oxu24.com
ŞƏRHLƏR