İranda spirtli içkidən kütləvi zəhərlənmə olub.
Oxu24.com ISNA-ya istinadən xəbər verir ki, hadisə ölkənin cənubunda, Bəndər-Abbas şəhərində baş verib.
Ev şəraitində hazırlanan spirtli içkidən 11 nəfər zəhərlənərək ölüb. Daha 123 nəfər xəstəxanaya yerləşdirilib.
Bildirilir ki, 52 nəfər dializə qoşulub.
Polis saxta spirtli içki hazırlayan ər-arvadı, habelə məhsulu satan şəxsi saxlayıb. Oxu24.com
ŞƏRHLƏR