Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5627
az

ABŞ-ın dünyaya İranla bağlı çağırışı

21:3128 Sentyabr, 2018
1014
SİYASƏT
  • A
 ABŞ üçüncü ölkələri İrana investisiya yatırmaqdan çəkinməyə çağırıb.

Oxu24.com xəbər verir ki, bunu ABŞ Dövlət departamentinin rəsmi nümayəndəsi Hezer Hauert bəyan edib.

“İran rejiminə xarici investisiyaların yatırılması iranlıların ehtiyac duyduqları islahatların təxirə salınmasına gətirib çıxarır”, - deyə o vurğulayıb.

Qeyd edək ki, ABŞ İranla sazişdən birtərəfli qaydada çıxıb və noyabr ayında bu ölkəyə qarşı 2015-ci ilədək qüvvədə olan sanksiyaları bərpa etmək niyyətindədir. Bura neft ticarətinə və maliyyə əməliyyatlarına qoyulan sanksiyalar da daxildir.

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif isə bir müddət əvvəl bəyan edib ki, ölkəsi ABŞ sanksiyalarına dirəniş göstərməkdə davam edəcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Lukaşenko oliqarxları ittiham etdi: Hər şey ədalətsizliklə başladı
Vaşinqtonda fövqəladə vəziyyət elan edildi
Zelenski bir şərtlə atəşkəsə RAZILIQ VERƏCƏK

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
İlqar Mustafayevin həbs     müddəti    uzadıldı