Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5624
az

BAKIDA İLK DƏFƏ – SƏRNIŞIN AVTOBUSLARINI QADIN SÜRÜCÜLƏR IDARƏ EDƏCƏK – FOTO

19:2728 Sentyabr, 2018
904
CƏMİYYƏT
  • A
  Bakıda ilk dəfə olaraq sərnişin avtobuslarına qadın sürücülər dəvət olunacaq.

“Xaliq Faiqoğlu” MMC ilk dəfə olaraq ictimai nəqliyyatda sürücü kimi işləmək istəyən xanımları əməkdaşlığa dəvət edir.

Daim yeniliklərə açıq olan şirkət Bakı şəhərində, xüsusi ilə şəhərin mərkəzi hissələrində sərnişindaşıma fəaliyyəti göstərən avtobuslarda qadın sürücülərin də işləməsini arzulayır və bu məqsədlə zərif cinsin nümayəndələrini işə dəvət edir.

“D” sürücülük kateqoriyası olan və avtobus sürücüsü kimi işləmək istəyən qadınlar [email protected] e-mail ünvanına cv yollaya və ya Mir Cəlal küçəsi 1D ünvanında yerləşən ofisimizə birbaşa müraciət edə bilər.

Nəzərinizə çatdırmaq istəyirik ki, yeni sürücülər üçün müvafiq təcrübə proqramları təşkil ediləcək. İşə qəbul ediləcək qadın sürücülər 8 saatlıq iş rejimində fəaliyyət göstərəcək və “EURO 5” standartlı müasir avtobusları idarə edəcək.

Qeyd edək ki, bir çox ölkələrdə, eləcə də qonşu dövlətlərdə ictimai nəqliyyat sistemində qadın sürücülər kifayət qədərdir.//baku.ws Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bağırsaq xərçəngi riskini azaldan qida məhsulu
Həftənin ilk günü hava necə olacaq?
Paşinyandan ETİRAF:"Nə etməli olduğumuz artıq bəllidir"

Qəza ərazisi simulyatorda göstərildi- Video

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Xanım qeydiyyatçı klinikanın 74 minini mənimsəməkdə     ittiham     edilir