Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5614
az

Zaur və Xoşqədəm nəyi bölə bilmir? -Aparıcılar yenidən dalaşdı

13:3328 Sentyabr, 2018
1555
  • A
 Aparıcı Zaur Baxşəliyevlə Xoşqədəm Hidayətqızı arasında illərdir davam edən qalmaqal bitmək bilmir.

Axşam.az-ın məlumatına görə, aparıcılar dəfələrlə verilişlərində ad çəkmədən bir-birinə söz atıb. X.Hidayətqızı "Səni axtarıram” proqramında əməkdar artist Tünzalə Əliyevanın evi üçün Zaurun "Bizimləsən”ində pul yığmasına söz atıb.

Zaurun ona cavabı gecikməyib. Aparıcı proqramında ad çəkmədən bunları deyib:

"Tünzaləylə bağlı söz-söhbət səngimir. Tünzaləyə verilişimizdə olunan bu dəstəyə qısqanclıqla yanaşırlar. "Niyə məhz bura gəldi” deyib, qısqanırlar. Bundan başqa formada istifadə etməyə çalışırlar. Buna əhəmiyyət vermirik. Dəyirman öz işini görər, çak-çak baş ağrıdar. Biz dəyirmanıq işimizi görürük. Çak-çaklar hər zaman var. Tünzalənin yanında olmaq lazımdır. Tünzalə xərçəng olmasa da, verilişə gəlib, xalqına evi üçün səslənəcəkdi”.

Zaur daha sonra X.Hidayətqızının proqramı haqda dediyi "Teleməkanın bir nömrəli verilişi” sözlərinə də cavab verib:

"Biz özümüzə "birinciyik, reytinqli, uğurluyuq” deyə bilmərik. Bizim üçün birinci olan mayaklar var. Bizim birinci olmağımıza çox var. Qarşımızda dövlət televiziyasının bizə bağışladığı möhürlənmiş şəxsiyyətlər var”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ağır qəzaya düşən Ailanın vəziyyəti açıqlandı - YENİLƏNİB - FOTO
Reanimasiyaya yerləşdirilən Faytonçu Nazimin vəziyyəti ağırdır
Tanınmış aktyora ağır itki üz verdi

Mavi balina haqda sizi şok edəcək faktlar: Bu boyda ürək olar?

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Onların da sertifikatı ləğv olundu- Foto
Emin İbrahimovun    məhkəməsi     başladı