Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5612
az

Bakı metrosunda "yaralılar" belə xilas edildi - FOTOLAR

12:5728 Sentyabr, 2018
1121
CƏMİYYƏT
  • A
  Fövqəladə hallar zamanı əhalinin mühafizəsinin təşkil edilməsi, insanların hazırlığının təmin olunması məqsədilə “Bakı Metropoliteni” QSC-nin bütün istehsalat sahələrində taktiki-təlim məşğələləri keçirilir.


Qurumun mətbuat xidmətindən verilən məlumata görə, tədbirlər planına uyğun olaraq, növbəti belə tədbir səhmdar cəmiyyətin idarə aparatının da yerləşdiiyi texnoloji korpusunda baş tutub.

“Diqqət hamıya” komandası ilə birləşmiş dəstə manqaları dərhal öz funksional vəzifələrini yerinə yetirməyə başlayıblar. Rabitəçilərdən, tibb məntəqəsi, lift sahəsi, mühafizə xidmətinin işçilərindən, elektriklərdən, santexniklərdən ibarət qruplar yaradılan qərargahdan idarə olunmaqla öz sahələrinə aid qurğu və avadanlıqları yoxladıqdan sonra, binada çalışan işçilərin təxliyə prosesinə qoşulublar.

Bütün proseslər müəyyən olunmuş qaydalara uyğun ardıcıllıqla və qısa müddətdə başa çatdırılıb.

"Bakı Metropoliteni" QSC-nin mülki müdafiə qərargahının rəhbərliyi taktiki təlim zamanı bütün birləşmiş dəstə manqalarının fəaliyyətini yüksək qiymətləndirib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycana da çatdı: qapanmalar olacaq?
Əhalinin NƏZƏRİNƏ: Bəzi ərazilərdə İŞIQ OLMAYACAQ
Müdafiə naziri türkiyəli həmkarına başsağlığı verdi