Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5610
az

Yüksək vəzifəli məmurun atası qətlə yetirildi – Lənkərandakı qətlin TƏFƏRRÜATLARI

12:2828 Sentyabr, 2018
829
  • A
Lənkəran rayonunda qayın torpaq üstündə baş verən münaqişə nəticəsində yeznəsini qətlə yetirib.

Bu barədə İnterpress.az-a hadisənin baş verdiyi Vilvan kənd bələdiyyəsinin sədri Hafizə Quliyeva məlumat verib.

O bildirib ki, ötən gün rayonun Vilvan kəndində torpaq üstündə yaranan mübahisə sonda yeznənin qayın tərəfindən qətlə yetirilməsi ilə nəticələnib:

 “Hadisə torpaq üstündə baş verib. Deməli, kürəkən 1960-cı il təvəllüdlü Sakit Yusubov ailəsi birlikdə qaynatasının evində yaşayırdı. Qaynata da evi və həyətyani torpaq sahəsini qızına vermişdi. Ona görə də, bu, Mahir Əzimovda qıcıq yaradıb ki, atam evi mənə yox, bacıma verib. Dünən də S.Yusubov deyib ki, mən evi istəmirəm. Amma həyətyani torpaq sahəsindən mənim üçün 6 sot verin ki, özümə ev tikim. Qayın da buna razı olmayıb. Qayın bacısının və onun ailəsinin evdən çıxmasını - onların həyətini tərk etməsini tələb edib. Bundan sonra yeznə ilə qayın arasında mübahisə böyüyüb. Sonda 1970-ci il təvəllüdlü M.Əzimov balta ilə yeznəsi S.Yusubovu qətlə yetirib”.

H.Quliyevanın sözlərinə görə, M.Əzimov narkotik aludəçisi olub:

“Narkotik aludəçisi ilə yanaşı kənddə onu hamı xuliqanlığı ilə tanıyır. Bir neçə ay bundan əvvəl evli bir qadınla ailə qurub”.

“S.Yusubov da M.Əzimovun bacısı ilə evlənərək ikinci dəfə ailə qurub. Onun ali təhsilli, savadlı oğlanları var. Bir oğlu dövlət qurumlarının birində yüksək vəzifədə çalışır. Bir oğlu isə Hərbi Prokurorluqda çalışır” – deyə, Vilvan kənd bələdiyyəsinin sədri Hafizə Quliyeva əlavə edib.

Qeyd edək ki, Lənkəran rayonunun Vilvan kənd sakini Mahir Əzimov yaşadığı həyətdə yeznəsi, Lənkəran şəhər sakini Sakit Yusubovu balta ilə qətlə yetirib. M.Əzimov polisə könüllü təslim olub.
Faktla bağlı araşdırma aparılır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü
Azərbaycanda DƏHŞƏT: Piyadanın meyitini onu vuran yük maşınına qoydular - VİDEO
Gədəbəydə DƏHŞƏT: Arvadını balta ilə QƏTLƏ YETİRDİ - FOTO

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü