Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
56063
az

SON DƏQİQƏ! Prezident sərəncam imzaladı: Bu şəxslərin maaşı artdı

09:2002 İyul, 2021
4145
SİYASƏT
  • A

Prezident İlham Əliyev iğaldan azad olunan ərazilərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Prezidentin əlavəsinin müəyyən edilməsi haqqında sərəncam imzalayıb.

Oxu24.com  xəbər verir ki, sərəncama əsasən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının həqiqi hərbi xidmət edən hərbi qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədilə işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının həqiqi hərbi xidmət edən hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq vəzifə maaşlarına 2021-ci il iyulun 1-dən Azərbaycan Respublikası Prezidentinin əlavəsi müəyyən edilib.

Sərəncamla Prezidentin əlavəsini hərbi qulluqçuların aylıq vəzifə maaşlarının 50 faizi həcmində 5 il müddətində Daxili İşlər Nazirliyi ödəyəcək.

Prezidentin əlavəsinin ödənilməsi “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanunun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1241 nömrəli Fərmanının 1.3.5.2-ci “Məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanları üzrə əməyin ödənişi xərclərinin tənzimlənməsi və digər sosial tədbirlər” yarımbəndində nəzərdə tutulmuş vəsaitin, növbəti illərdə isə dövlət büdcəsinin Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin saxlanılması xərclərində nəzərə alınması hesabına təmin ediləcək.

Prezidentin əlavəsi hərbi qulluqçulara onların Daxili İşlər Nazirliyi tərəfindən Maliyyə Nazirliyi ilə razılaşdırılmış sayına və tərkibinə uyğun olaraq ödəniləcək.

Daxili İşlər Nazirliyi və Maliyyə Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Sərəncam iyulun 1-dən qüvvəyə minir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva səs veriblər

Paşinyan Bakıya gələcək?
Zakir Həsənov Yaşar Gülərə zəng etdi

ABŞ-da 17 il əvvəl qəzaya uğrayan təyyarə və içindəki sərnişinin qalıqları tapılıb

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Zaqatalada dəhşətli qəza: çox sayda xəsarət alanlar var