Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
55993
az

Hepatit C olan şəxslə cinsi əlaqəyə girmək olarmı?

10:2830 İyun, 2021
1467
TİBB
  • A

Bu xəstəliyə yalnız narkotik istifadəçiləri və ya qan köçürülən insanlar deyil.

Gent.az xəbər verir ki, yoluxma halı ən çox xəstələrlə daimi kontaktda olan insanlar üçün realdır.

Bəs hepatit C-dən əziyyət çəkən insanla cinsi əlaqə qurmaq olar? Əgər sevdiyiniz insan xəstədirsə, o zaman nə etmək lazımdır?

Alimlərin uzun illər boyunca apardıqları araşdırmalar göstərir ki, hepatit C virusuna cinsi yolla yoluxma riski çox aşağıdır. Bu riski tam aradan qaldırmaq üçün isə bəzi qoruyucu tədbirlər görülməlidir.

 

Hepatit C virusuna cinsi yolla daha çox daimi partnyoru olmayan şəxslər yoluxur. Bu xəstəliyə ən çox yoluxma riski fahişələr və homoseksuallardadır.


Hepatit C xəstələrinin vaginal mayelərində və spermalarında kifayət qədər infeksion axıntı olmadığına görə əlaqə zamanı qoruyucudan istifadə etmək vacib deyil. Burada əsas məsələ cinsi orqanların zədəli olub-olmaması və ya başqa bir cinsi infeksiyanın olmasıdır.


Menstural qanaxma zamanı yoluxma riski də artmış olur. Eyni aspektdən götürsək partnyorlar yara və kəsikləri bağlamalı və müalicə etməlidirlər. Çünki istənilən qanayan yara sağlam orqanizmi bu virusa yoluxdura bilər. Bu həmçinin anal seksə də aid edilir.

 Belə olan halda qoruyucudan istifadə vacib olur

İİV və hepatit B viruslarından fərqli olaraq hepatit C vuirusuna yoluxmaq kifayət qədər mürəkkəbdir. Ən əsası xəstə insana yaxınlaşarkən təhlükəsizlik qaydalarına riayət etməkdir.


Hepatit C-yə yoluxmamaq üçün bir sıra qaydalara əməl edilməlidir. İlk növbədə qan təmasından uzaq durun. Açıq yara olduqda onu təcili şəkildə bağlayın. Əgər qan mebelə və ya yatağa düşərsə o zaman həmin yeri dezinfeksiyaedici məhlulla yuyun. Xəstənin diş fırçasından, üzqırxanından, depilyatorundan və s. istifadə etmək məsləhət deyil.


Əl sıxma, öpüşmə, toxunma, eyni qabdan istifadə etməklə bu virusa yoluxmaq mümkün deyil. Buna görə də xəstə insanın ətraf alımdən təmamilə təcrid olunmasına ehtiyac yoxdur.(medicina.az)

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Vüqar Qurbanov bu xəstəxanaya baş həkim      təyin       etdi
Səhiyyə Nazirliyindən yeni yayılan virusla bağlı- Açıqlama

Baydenin oğlunun milyonluq evi yanıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
9-cu sinif şagirdi vəfat etdi