Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
55955
az

“Kül sənin oxumağından zövq alan rayonlunun başına”.

23:5928 İyun, 2021
1210
ŞOU-BİZNES
  • A

 

 

OXU24.COM xəbər verir ki, bu fikiri tanınmış gitara ifaçısı Rəhman Məmmədli Xalq artisti Sərxan Sərxan haqqında səsləndirib. Ötən gün Xalq artistinin verdiyi müsahibədə ifadə etdiyi “Rayon camaatı nə bilir teatr, konsert nədir?” ifadəsi musiqiçinin narazılığına səbəb olub.

Rəhman Məmmədli şəxsi Facebook hesabında Sərxan Sərxanı xalqdan üzr istəməyə səsləyib:

“Çox hörmətsiz Sərxan Sərxan! Əvvəla şəhər rayon söhbətini gündəmə gətirənlər mənim birmənalı düşmənimdir. Çünki rayon şəhərsiz, şəhər rayonsuz yaşaya bilməz. Sənə demək istəyərdim ki, səni nə məcbur elədi ki, bu ahıl yaşında bu qələti eləyəsən. Sən özünü nə boyda bir sənətkar sayırsan ki, rayon camaatına belə ittihamlar yağdırırsan? Axı sənin sənətin rayon camaatının nəyinə lazımdır? Kül sənin oxumağından zövq alan rayonlunun başına ki, sənin oxumağından zövq alır.

Hörmətsiz Sərxan Sərxan! Mən bir bəstəkar oğul böyütmüşəm ki, Amerika, Avropa onu tanıyır yazdığı simfonik əsərləri ilə. Amma sənin təbirincə rayon balasıdır. Sənə bir məsləhətim var. Çıxıb efirdə üzr istə. Amma çalış çıxışın Azərbaycan dilində olsun. Unutma ki, rayon da bizimdi, şəhər də. Çünki bir millətik.”

Qeyd edək ki, Xalq artisti Sərxan Sərxanın Kulis.az-a verdiyi müsahibədə səsləndirdiyi bu fikirlər sosial şəbəkədə birmənalı qarşılanmayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Aysun İsmayılova etiraf etdi:"Heç vaxt həyat yoldaşımı..."
Türkanın halı pisləşdi, studiyanı tərk etdi - Video
Zaur “Vətəndaş A”dan belə qisas aldı - VİDEO

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi