Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5591
az

Bu qadınların övladları daha AĞILLI OLUR - Elmi ARAŞDIRMA

18:4327 Sentyabr, 2018
1130
CƏMİYYƏT
  • A
Ciddi və sərt anaların övladları daha ağıllı və bacarılqı olur. Dolayısı ilə onların həyatda uğur qazanmaq şansı daha yüksəkdir.
Oxu24.com xarici mətbuata istinadən xəbər verir ki, ekspertlərin sözlərinə görə, uşağı ideal etmək cəhdlərinə və daim narazı valideynlərə tab gətirmək asan deyil. Amma belə tərbiyədən sonra uşaqlar valideynlərinə çox minnətdar olur.
Sorğu 2004-cü ildən 2010-ci ilədək olan dövrdə aparılıb və 15 000-dən çox 13-14 yaşında uşaq iştirak edib.
Esseks Universitetinin professoru Erik Rasson bu barədə araşdırma aparıb. Araşdırmanın nəticələrində məlum olub ki, güclü anaların bacarıqlı uşaqları yetişir. Və ya əksinə, bacarıqlı insanların anaları çox tələbkar olub. Erik Rasson bildirib ki, bu tədqiqat ali təhsilə münasibəti öyrənib. Valideynlərin əksəriyyəti uşaqdan bunu tələb edir, xüsusilə də analar.
Uşaqlarına böyük ümidlər bəsləyən anaların övladları daha çox özünəinamlı və əzmkardır. Tədqiqatın nəticələri göstərib ki, sərt anaların qızlarının vaxtından əvvəl hamilə qalmaq şansı 4 faiz azdır. Həmçinin sərt anaların uşaqlarının məzun olmaq və yaxşı iş tapmaq ehtimalı daha yüksəkdir. Bu, qeyri-real görünə bilər, amma, tələbkar və ciddi anaların uşaqları daha bacarıqlıdır.
Psixoloq məsələni belə izah edib:
“Bir çox hallarda valideynlərin iradəsi əleyhinə gedərək bizim üçün ən münasib hesab etdiyimiz işlərdə uğur qazanırıq. Amma biz nə qədər çalışsaq da, valideynlərimizin verdiyi istənilən tövsiyələr qəbul etdiyimiz qərarlara təsir edir. Lakin biz hesab edirik ki, hər şeyi özümüz həll edirik".
Uşaqların əksəriyyəti zəhmli anaları düşməni hesab edir. Hərdən elə gəlir ki, onlar uşağın həyatını cəhənnəmə çevirirlər. Amma sonra uşaq böyüyür və buna görə anasına təşəkkür edir. O, anasının onu gücləndirmək üçün etdiyi bütün səylərini anlaya və qiymətləndirə biləcək. Və ehtimal ki, eyni tərbiyə nizamnaməsini növbəti nəslə ötürəcəkdir.
Bəs ananız sizinlə uşaqlıqda ciddi və sərt olub? Bu tədqiqat barədə nə düşünürsünüz? Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Beynəlxalq Maliyyə Korporasiyasının icraçı direktoru Azərbaycana gəldi
Heydər Əliyev Mərkəzində onlara ziyafət verildi -FOTO
Estetik cərrahlardan şikayət edən onlar imiş -FOTO

İsveçdə dəmir dövrünə aid qeyri-adi dəfn yeri tapılıb

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
İlan ilbisi yedi — Viral olan həmin video
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ginekoloqların uşağı olmayan qadınlara tövsiyəsi: 1 toxumla 11 qayda çarədir
Qaxda ağır qəza - Azyaşlı öldü