Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
55846
az

Yuxudan oyanıb yenidən yatmaq ziyanlıdır?

22:1626 İyun, 2021
200
  • A

Gecə yuxusunun bölünməməsi sağlam həyat tərzi üçün böyük önəm daşıyır.

OXU24.COM xəbər verir ki, bunu Türkiyədən olan fizioloq, professor Levent Öztürk açıqlayıb. Onun sözlərinə görə, nizamlı yuxu sağlamlığa əhəmiyyətli təsir göstərir.

Professor deyib ki, standart bir yuxu vaxtı yoxdur, yuxu müddəti insandan-insana dəyişir. Aparılan araşdırmalar əksəriyyət üçün gündə 7-8 saatlıq yuxunun kifayət olduğunu göstərir.

Həkim qeyd edib ki, yuxu bioloji olaraq sağlamlıq üçün çox vacibdir. Araşdırmalara görə, insanların 8 faizi 5 saatdan az yatır, onlara qısa yatanlar deyilir: “Uzun yatanlar da var, 10 saatdan az yatanda bəzi problemləri olur. Onlar cəmiyyətin 2 faizini təşkil edir. Bu, genetik olaraq təyin olunmuş bir şey olduğundan, yuxu vaxtını öz əlimizlə dəyişmək, yaxşılaşdırmaq kimi bir şey yoxdur. Bioloji olaraq, nə qədər yuxu vaxtına ehtiyac varsa, o müddətdə yatmalıyıq".

Onun sözlərinə görə, yuxu homogen bir proses deyil, yuxunun hər mərhələsinin fərqli funksiyaları var: "İnsan yatdıqdan sonra bütöv bir şəkildə yatmalıdır".

Yatağa girəndən sonar yuxuya getmək və dərin yuxu dövrünün başladığını deyən mütəxəssis bildirib ki, dərin yuxudan təxminən 100 dəqiqə sonra REM dediyimiz yuxularla əlaqəli ilk dövrə giririk: "Bu müddət bir neçə dəqiqə çəkir. Sonra yenidən dərin yuxuya giririk. Müəyyən bir müddətdən sonra ikinci REM dövrünə giririk. Bu müddət birinci dövrdən bir az daha uzundur. Sonra dərin yuxu azalır və REM-lər daha uzun çəkir. Gecə ilk dəfə yatdıqda, beyin əvvəlcə özünü dincəltməyə xidmət edən dərin yuxunu yatır, sonra da beyninin oyanıqlıq qədər aktiv çalışdığı REM yuxusunu yerinə yetirir. Yuxunun hər dövrü fərqli mərhələlərdən ibarətdir. Yetkin bir şəxs yatdıqdan sonra bütöv bir şəkildə yatmalıdır. Yuxunun qırılmaması lazımdır. Bir 6 saatlıq yuxu ilə və iki 3 saatlıq yuxu bir-birinə bərabər deyil. Çünki 3 və ya 4 saat yatandan sonra oyandıqda, yenidən yatdıqda yuxu prosesini yenidən yaşamalı olursunuz".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xalq artistləri Leyla və Arzu Əliyeva ilə bir arada -FOTO
Bu liderlərin təyyarəsinə raketdən müdafiə sistemləri quraşdırılacaq

Ərdoğan Kamala Harrislə görüşə bilər


Ata qızının başına müşahidə kamerası quraşdırdı: "Təhlükəsizliyin yeni səviyyəsi" -FOTO/VİDEO

18+

Yanan helikopterdən tullanan kişi sağ qalıb
Pakistanlı kişi qızının başına müşahidə kamerası quraşdırıb
Bu şəxslər vərəmə meyilli olurlar
Sonsuzluğun müalicəsində yeni üsul tapılıb
Cinayətdə şübhəli bilinən 35 nəfər saxlanıldı