Xəbər verdiyimiz kimi, dünən İlham Əliyev Azərbaycanın Milli Qəhrəmanı, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyevə general-polkovnik ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb. Bununla da M.Quliyev də bu rütbəni daşıyan şəxslərin sırasına daxil olub.
Axar.az ölkəmizdə hazırda bu rütbəni daşıyan şəxslərin təxmini siyahısını təqdim edir:
1. Zakir Həsənov - Müdafiə naziri
2. Nəcməddin Sadıqov - Müdafiə nazirinin 1-ci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi
3. Ramil Usubov - Daxili İşlər naziri
4. Kəmaləddin Heydərov - Fövqəladə Hallar naziri
5. Elçin Quliyev - Dövlət Sərhəd Xidmətinin rəisi
6. Vaqif Axundov - Xüsusi Dövlət Mühafizəsi Xidmətinin rəisi
7. Bəylər Əyyubov - Xüsusi Dövlət Mühafizəsi Xidməti rəisinin 1-ci müavini və Prezidentin Şəxsi Mühafizə İdarəsinin rəisi
8. Namiq Abbasov - Azərbaycanın sabiq milli təhlükəsizlik naziri (1995-2004), Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri (2004-2012)
9. Səfər Əbiyev - Azərbaycan Respublikasının eks-müdafiə naziri
10. Eldar Mahmudov - sabiq milli təhlükəsizlik naziri
11. Tofiq Ağahüseynov - Böyük Vətən müharibəsi veteranı, Respublika Veteranlar Təşkilatının sədri (SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi alan ilk azərbaycanlı)
12. Aydın Əliyev - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin keçmiş sədri
13. Zakir Qaralov - Baş prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri (general-polkovnik)
14. Fikrət Məmmədov – Ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri (general-polkovnik)
15. Fazil Məmmədov - I dərəcəli dövlət vergi xidməti müşaviri (general-polkovnik). Oxu24.com
ŞƏRHLƏR