Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
55770
az

Bakıda sürücünü öldürən şəxs görün kim çıxdı - HADİSƏ YERİNDƏN ŞOK FOTOLAR

09:5425 İyun, 2021
1661
KRİMİNAL
  • A

Bakının Nərimanov rayonunda yol vermədiyi üçün sürücünü döyən şəxsin fotosu yayılıb.

Oxu24.com APA-ya istinadən xəbər verir ki, hadisə Aşıq Molla Cümə küçəsində törədilib.

45 yaşlı Məmmədov Səxavət Səfər oğlu "Mercedes" markalı yük avtomobili ilə hərəkətdə olan zaman 90-FZ-409 dövlət qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobilin sürücüsü onun qarşısını kəsib.

"Chevrolet"in sürücüsü və sərnişini S.Məmmədovu döyüb. O, aldığı zərbələrdən hadisə yerində dünyasını dəyişib. Hadisəni törədənlər öz avtomobillərini küçədə qoyaraq ərazidən uzaqlaşıblar. Polisin keçirdiyi əməliyyat zamanı Nahid Cəbiyev qətldə şübhəli bilinərək saxlanılıb.

Əraziyə Nərimanov Rayon Prokurorluğu və Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Hadisə şahidlərinin verdiyi məlumata görə, qətlə səbəb sürücülərdən birinin digərinə yol verməməsi olub.

Nəticədə sürücülər arasında əlbəyaxa dava yaranıb.

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda dava edən qonşuları ayıran qadın boğazından bıçaqlanıb
Sumqayıtda meyit tapıldı
Lənkəranda qətlə yetirilən 22 yaşlı Könülün ailəsi hər şeyi danışdı +VİDEO

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda dava edən qonşuları ayıran qadın boğazından bıçaqlanıb