Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5574
az

Ərəb turist “Qırmızı kitab”a düşmüş quşu öldürdü - Polisə aparıldı

09:5327 Sentyabr, 2018
1215
  • A
 Şabran rayonu ərazisində, Xəzər dənizinin sahil zolağında adı “Qırmızı kitab”a düşmüş şahin quşunu ovlayan üç şəxsi saxlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Oxu24.com-a verilən məlumata görə, onlardan şahin quşunun tutulması üçün istifadə edilən ov alətləri, dörd göyərçin quşu və bir qanadı zədələnmiş şahin quşu götürülüb.

Ov edən şəxslərin İraq Respublikasının vətəndaşı Taha Vasmi Zaidan Sumaida və iki nəfər Azərbaycan Respublikasının vətəndaşları olduğu müəyyən edilib.

Faktla bağlı Taha Vasmi Zaidan Sumaida barəsində protokol tərtib edilərək, ona inzibati qaydada 3100 manat məbləğində cərimə və ziyan tətbiq olunub.

Digər iki nəfər Azərbaycan vətəndaşı isə sənəd təqdim etmədiklərinə görə şəxsiyyətlərinin müəyyənləşdirilməsi və məsuliyyətə cəlb edilmələri üçün rayon polis şöbəsinə müraciət olunub.

Qanadı zədələnmiş şahin quşu reabilitasiya keçməsi üçün Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına  təhvil verilib, göyərçin quşları isə təbiətə buraxılıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

32 yaşlı həyat yoldaşını qətlə yetirən Ağababanın FOTOSU
Bakıda kişi arvadına görə anasını amansızlıqla öldürdü - FOTO
Bakı-Qazax yolunda avtoxuliqanlıq etdi, həbs olundu

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi