Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5573
az

Hicabla şəxsiyyət vəsiqəsi üçün şəkil çəkdirə bilərmi? - HÜQUQİ YARDIM

09:3727 Sentyabr, 2018
2713
HÜQUQ
  • A
Bu dəfə təqdim edəcəyimiz mövzu şəxsiyyət vəsiqəsi alınan zaman çəkilən fotoşəkillə bağlıdır.

Qadın hicabla şəxsiyyət vəsiqəsi üçün şəkil çəkdirə bilərmi?


Xəbər verilir ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 11 iyun tarixli 908 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Pasport haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin 3.8-ci bəndinə əsasən vətəndaşın fotoşəkli Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə uyğun formada pasportu verən orqanda çəkilir. Həmin təşkilatın 9303 nömrəli sənədində fotoşəkillərin yol verilən və yol verilməyən nümunələri göstərilib.

Həmin nümunələrdə fotoşəklin başörtüyü ilə çəkilməsinin yolverilməzliyi, lakin istisna hal kimi səlahiyyətli dövlət orqanları tərəfindən konkret nəzərdə tutulmuş halların olduğu da qeyd olunub. Həmin hallar dini adətlər, tibbi göstərişlər və s. ola bilər.

Azərbaycan Respublikasının qanunvericiliyində həmin müstəsna hallar nəzərdə tutulmadığından, ümumvətəndaş pasportunun alınması zamanı fotoşəkil başıaçıq formada çəkilir.

Ümumvətəndaş pasportu üçün vətəndaş saqqallı şəkil çəkdirə bilərmi?

Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsindən bildirilib ki, qanunvericilikdə vətəndaşın saqqalla şəklinin çəkilməsinə dair qadağa nəzərdə tutulmayıb. Əgər vətəndaş gündəlik həyatda saqqal saxlayırsa, saqqalla şəkil çəkdirə bilər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yaralı hərbçimiz şəhid oldu - Foto
Yaralı hərbçimiz şəhid oldu - Foto
Boşanma davası davam etdiyi müddətcə qadın aliment almağa davam edərmi?

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü