Ümumdünya Səhiyyə təşkilatı yoxsul ölkələrə paylanılan peyvəndlərin tamamilə tükəndiyini açıqlayıb.
Oxu24.com xəbər verir ki, açıqlamaya görə, yoxsul ölkələrə dəstək olmaq üçün qurulan “Covax” proqramının davam etdirilməsi üçün lazımi qədər peyvənd yoxdur. Bildirilir ki, dəstək proqramı çərçivəsində 131 ölkəyə 90 milyon doza peyvənd verilib.
Lakin indiyə qədər aparılan peyvənd prosesi pandemiya problemini aradan qaldırmaq üçün yetərli deyil.
ŞƏRHLƏR