Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5568
az

Polis bölməsində ölən şəxslə bağlı açıqlama:"bədənindəki izlər..."

00:1427 Sentyabr, 2018
2307
KRİMİNAL
  • A
 İşgəncələrə qarşı Azərbaycan Komitəsi Qazax rayon Polis Şöbəsində baş verən ölümlə bağlı araşdırma aparıb.

Oxu24.com  xəbər verir ki, komitə sədri Tural Hüseynovun Trend-ə verdiyi məlumata görə, araşdırma zamanı polis şöbəsində dünyasını dəyişən Elmir Axundovun bir gün əvvəl rayonda “Polisə İctimai Dəstək” üzvü ilə dalaşdığı məlum olub:

"E.Axundov həmin şəxslə bağlı prokurorluğa, “Polisə İctimai Dəstək” üzvü isə iki dişini qırdığı üçün E.Axundovla bağlı polisə şikayət edib. Polisə daxil olan şikayət əsasında şöbəyə çağırılan E.Axundov özünü pis hiss edib, dərhal xəstəxanaya aparılıb və xəstəxanada dünyasını dəyişib. E.Axundovun bədənindəki izlər isə dalaşdığı zaman aldığı xəsarətlər olub”.

Komitə sədri deyib ki, E.Axundov əvvəllər 3 dəfə məhkum olunub. Faktla bağlı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

88 yaşlı kişini maşın vurub öldürdü
Gəncədə şortikə görə yaranan mübahisə QANLA BİTDİ
Üç uşaq atası olan 30 yaşlı kişi özünü asdı