Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5558
az

Xəstələnməmək üçün bu qidalardan istifadə edin

20:2726 Sentyabr, 2018
945
  • A
Payız, qış aylarında qrip və soyuqdəymə riski artır. Bu riski azaltmaq üçün müəyyən qidalar var ki, onları qəbul etmək daha məqsədəuyğundur.
Oxu24.com axşam.az-a istinadən,xəstələnməmək üçün qəbul etməli olduğunuz bir neçə qidanı təqdim edir:
Qatıq
Qatıq probiotik qidadır. Tərkibində olan sağlam bakteriyalar mədəni və həzm sistemini yaxşılaşdırır. Xəstəliyə yol aça bilən mikrobları bağırsaqdan uzaqlaşdırır. Hər gün qatıq yeyən insanlar daha az xəstəliyə tutulur.
Yulaf
Yulaf, arpa kimi qidalar immunitet sistemini gücləndirir, yaraları daha sürətli sağaldır və antibiotiklərin daha yaxşı fəaliyyət göstərməsinə kömək edir.

Sarımsaq
Sarımsağın tərkibində olan alisinin bakteriyalar və infeksiyalarla mübarizə aparır. Sarımsaq həm də soyuqdəymə riskini azaldır. Bu qida bağırsaq və mədə xərçənginə tutulmamaq üçün də mükəmməl rol oynayır.
Qabıqlı dəniz məhsulları
Qabıqlı dəniz məhsulları bədəndəki qrip hüceyrələrini təmizləyir və ağ qan hüceyrələrinə kömək edir. Balıqların tərkibində omeqa 3 vitamini olur. Omeqa 3 iltihabı azaldır, tənəffüs yolundakı infeksiyaları təmizləyir.
Toyuq suyu şorbası
Bu şorba qrip simptomları və qrip riskini azaldır. Xəstə olduğunuz zaman toyuq suyunu içmək öskürək siropu təsiri yaradır. Əgər şorbaya sarımsaq, soğan və ədviyyatlar qatsanız, bu immunitetinizin də yaxşılaşmasına kömək edəcək.
Göbələk
Göbələk həzm sistemini gücləndirən qidadır. Ağ qan hüceyrələrini dəstəkləyir, infeksiyalara qarşı mübarizə aparır. Xəstələnməmək üçün göbələyi süfrənizdən əksik etməyin.
Yaşıl çay
Yaşıl çay antioksidanlar sayəsində vücuddakı radikalların qarşısını alır. Hüceyrələri və molekulları zərərli təsirlərə qarşı qoruyur. Həzm sistemini yaxşılaşdırmaq üçün gündə 2-3 stəkan yaşıl çay için.  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Virus infeksiyaları zamanı nədən ishal baş verir və ilkin olaraq nə etmək olar?
Bu xəstəxanalar pulsuz oldu
Qocalıqda sağlam beynin sirri: Həkim açıqladı

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi