Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
55566
az

Qobustanın əsrarəngiz Sündü şəlaləsi - VİDEO - FOTO

23:5118 İyun, 2021
1069
CƏMİYYƏT
  • A

Qobustan rayonunun Sündü kəndində qayaların arasındakı şəlalə bənzərsiz gözəlliyi ilə hər kəsi valeh edir. Ətrafda olan ağaclar, giləmeyvə kolları, sıldırım qayalar sanki bu gözəlliyə əlavə rəng qatır.

OXU24.COM AZƏRTAC-a istinadən bildirir ki, bu əsrarəngiz gözəlliyi görmək üçün Qobustanın mərkəzindən 16 kilometr aralıda yerləşən Sündü kəndinin cənub istiqamətinə getmək, burada avtomobili dağ üzərində saxlayıb, bir qədər enişli-yoxuşlu yolu piyada qalxmaq lazımdır. Yay aylarında Qırxbulağın, Söyüdlü bulağın, Təndirnohur və Sündü şəlaləsinin ətrafı hər gün turistlərlə dolu olur. Qonaq-qaranın çox olmasınının bir səbəbi də yolların rahatlığı və məsafənin digər yerlərlə müqayisədə Bakıya yaxın olmasıdır.

Şəlalənin töküldüyü yerdə, ərazisi kiçik olan dərin göl yaranıb.

Sündü başdan-başa əkin sahələrindən ibarət münbit yaylalar qoynunda yerləşən və qədim tarixi olan kənddir. Ətrafdakı sıldırım yamaclı təpələr, döşündən fəvvarə vuran nadir şəlalə və bulaqlar, yaşıl örtüklü dərin yarğanlar bu kəndin ecazkar təbiətinin yalnız bəzi cizgiləridir. Sündü kəndində şəlalədən başqa 32 bulaq, 2 kəhriz, 2 su dəyirmanı, 100 yaşlı məktəb, 920-ci ilə aid məscid də var

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qocalmanı sürətləndirən 5 amil
Telefonu gün ərzində neçə dəfə doldurmaq olar?
Bu da Üzeyir Mehdizadənin ATASI - FOTO

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO