Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
55565
az

SON DƏQİQƏ! Baş nazir mühüm tapşırıq verdi

20:1918 İyun, 2021
3702
  • A

İyunun 18-də Baş nazir Əli Əsədovun sədrliyi ilə 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə yaradılmış Dövlət Komissiyasının növbəti iclası keçirilib.

Nazirlər Kabinetindən Oxu24.com-a verilən məlumata görə, iclasda Komissiyanın üzvləri və təcavüzə məruz qalmış şəhər və rayonların icra hakimiyyəti başçıları iştirak ediblər.

İclas zamanı dəymiş ziyanın aradan qaldırılması sahəsində indiyə qədər görülmüş işlərə dair məlumatlar dinlənilib, konkret istiqamətlər və işlərin sürətləndirilməsinə dair tapşırıqlar verilib.

 

Oxu24.com

 

Oxu24.com

ŞƏRHLƏR

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY

18+