Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
55457
az

Yeni doğulan uşaqlara qəhrəmanlarımızın adları verilir - Polad, Xudayar, Mübariz adlarını sayı kəskin artıb

22:2015 İyun, 2021
2311
CƏMİYYƏT
  • A

Azərbaycanda bu il dünyaya gələn uşaqlara qoyulan adlar diqqət çəkir. Ədliyyə Nazirliyinin statistikasından görünür ki, Qarabağdakı 44 günlük savaş Azərbaycanda yeni doğulan uşaqların adlarına da təsirsiz ötüşməyib.

Uşaqlara verilən adlar arasında savaş dönəmində qəhrəmanlıq göstərən və məşhurlaşan şəxslərin adlarına daha çox rast gəlinir. Bunun ən yaxşı örnəklərindən biri Tovuz döyüşlərində həlak olan,

Azərbaycanın Milli Qəhrəmanı, general Polad Həşimovdur. 2018-2019-cu illərdə hər il ortalama 54 yeni doğulan uşağa Polad adı verilmişdisə, ötən il bu rəqəm birdən-birə dörd dəfəyə yaxın artıb və 193-ə yüksəlib. 2021-ci ilin ilk üç ayı ərzində isə artıq 87 yeni doğulan uşaq bu adı daşımağa başlayıb.

44 günlük müharibədə şəhid olan və oxuduğu mahnı ilə ölkədə məşhurlaşan Xudayar Yusifzadənin də adını daşıyanların sayı çoxalıb. Maraqlıdır ki, 2019-cu ildə Azərbaycanda heç bir yeni doğulan uşağa Xudayar adı verilməmişdi. 2020-ci ildə bu göstərici üçə yüksəlib. Bu ilsə artıq indidən 31 yeni doğulan uşağa Xudayar adı verilib.

Azərbaycanın digər bir Milli Qəhrəmanı və müharibə günlərində tez-tez xatırlanan Mübariz İbrahimovun da adını daşıyan uşaqların sayında ciddi artım gözə çarpıb. 2017-2019-cu illərdə hər il ortalama 87 yeni doğulan uşağa Mübariz adı verildiyi halda, ötən il bu rəqəm yarıbayarı artıb və 131 olub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Milli Məclisin deputatları Ceyhun Bayramova müraciət etdilər
Nar niyə “təbii aptek” sayılır?
Bu ölkə çətin durumda: Gənclər arasında işsizlik rekord həddə çatıb

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Binədə 7 evdən oğurluq edən şəxs saxlanıldı