Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5541
az

Paşinyan Ərdoğanın tələbini yerinə yetirdi

11:1726 Sentyabr, 2018
1726
SİYASƏT
  • A
 İki ay əvvəl Türkiyənin Qars bölgəsində heyvan otaran zaman sərhədi pozaraq Ermənistan tərəfə keçən və orada həbs olunan Umut Ali Özmən azadlığa buraxılıb.

Oxu24.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, azadlığa buraxıldıqdan sonra Umut atası Mustafa Özmənlə nahar edib.

“Anam, bacım, nənəm üçün çox darıxmışam. Tezliklə evimə qayıtmaq istəyirəm. Anamın yeməkləri üçün darıxmışam”, - Umut Ali bildirib.

O, pasport əməliyyatları bitdikdən sonra Gürcüstandan Türkiyəyə dönəcək.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyana zəng edərək, yeniyetmənin ekstradisiyasını tələb etmişdi. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Samir Şərifov Baş nazirin müavini təyin edildi
Bakı aeroportunda əməliyyat: Daha bir məmur külli miqdarda qızılla tutuldu
Jurnalistlər gəlir vergisindən azad ediləcək- Prezident təsdiqlədi