Bu gün Nyu-Yorkda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın XİN rəhbəri Zohrab Mnatsakanyan arasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Əndrü Sxofer – ABŞ) vasitəçiliyi ilə görüş keçiriləcək.
Oxu24.com xəbər verir ki, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edəcək.
Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq. Oxu24.com
ŞƏRHLƏR