Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
55352
az

Prezident Ermənstana xəbərdarlıq edib:  \"Əgər Ermənistan müharibə istəyirsə...\"

16:0212 İyun, 2021
5933
  • A

"Əfsuslar olsun ki, bizim Ermənistanla sülh razılaşmasına dair danışıqlara başlamağa hazır olmağımızla bağlı açıq bəyanatlarımız Ermənistan hökuməti tərəfindən cavablandırılmır. Bizim Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə danışıqlara başlamaqla bağlı böyük beynəlxalq tərəflərin dəstəklədiyi təklifimizə də Ermənistan hökuməti məhəl qoymur. Biz bunu başa düşə bilmirik".

Oxu24.com -un xəbərinə görə, bunu Prezident İlham Əliyev iyunun 12-də Qvatemala Respublikasının, İrlandiyanın, Albaniya Respublikasının, Norveç Krallığının, Monteneqro Respublikasının, Estoniya Respublikasının, Somali Federativ Respublikasının, Yeni Zelandiyanın, Sloveniya Respublikasının və Danimarka Krallığının Azərbaycana yeni təyin olunan qeyri-rezident səfirlərinin etimadnamələrini qəbul edərkən deyib.

"Əgər Ermənistan sülh istəyirsə bizim də sülh sazişinə ehtiyacımız var. Əgər Ermənistan müharibə istəyirsə, ötən ilin payızındakı eyni nəticəni əldə edəcək. Əgər Ermənistan sülh istəyirsə onlar delimitasiya ilə bağlı bizimlə danışıqlara başlamalıdır. Əgər onlar bunu etməsələr peşman olacaqlar. Beləliklə, biz Qafqazda yeni inkişaf mərhələsinə hazırıq, biz sülhə hazırıq və biz bunu nümayiş etdiririk. Əminəm ki, Azərbaycana gələcək səfərləriniz zamanı görəcəksiniz ki, bizim sözlərimiz, bəyanatlarımız və imzamız eyni dəyərə malikdir", - Prezident vurğulayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Nə Ukrayna, nə də Rusiya danışıqlara hazırdır - Ağ Ev
İran Ermənistana qoşun yeridəcək? -VİDEO
Harrisin Trampla Obamanın söhbətinə reaksiyası gündəm oldu - Video

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıt və Abşeronda 26 min manatlıq      oğurluq     edilib