Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5532
az

Tacikistanda sünnət qadağası

23:3525 Sentyabr, 2018
734
DÜNYA
  • A
 2019-cu ilin yanvarın 1-dən Tacikistanda ev şəraitində sünnət əməliyyatını etmək qadağan olunacaq.

Buna səbəb qanunvericiliyə edilən dəyişikliklərin qüvvəyə minməsidir.

Bu il müvafiq qanuna edilmiş dəyişikliklərə görə, sünnət əməliyyatı valideynlərin razılığı ilə tibb müəssisələrində oğlan uşaqları doğulduqdan sonra ilk 20 gün ərzində pulsuz keçirilir.

Tacikistan Səhiyyə və Sosial Müdafiə Nazirliyinin nümayəndəsi bildirib ki, prezidentin tapşırığı ilə 2019-cu ilin yanvarın 1-də evlərdə sünnət əməliyyatlarının həkim olmayan şəxslər tərəfindən keçirilməsi qadağandır.

Qeyd edək ki, avqustun 20-də Tacikistan vətəndaşı iki yaşlı oğlan uşağını ev şəraitində sünnət etdirib. Bundan sonra uşaq komaya düşüb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu ölkədə ovçular snayper kimi hazırlanacaqlar
FTX-dən ƏMƏLİYAT: gənc terrorçuların evindən görün nələr çıxdı
Dubayda dünyanın ən böyük hava limanı tikiləcək

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Oğurladıqları kartla alış-veriş etdilər