Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
55250
az

SON DƏQİQƏ!  Rusiyadan dəhşətli xəbər gəldi: Ölənlər və yaralılar var

08:5810 İyun, 2021
2171
DÜNYA
  • A

Rusiyanın Ryazan əyalətinin eyniadlı şəhərindəki klinikalardan birində baş verən yanğın zamanı xəsarət alanların sayı artıb.

Oxu24.com -un  məlumatına görə, bu barədə TASS xəbər verir.

Qeyd edilir ki, N.A.Semaşko adına kliniki xəstəxanada qeydə alınan yanğın zamanı 3 nəfər ölüb, 10 nəfər xəsarət alıb.

Məlumata görə, hadisə xəstəxananın COVID-19 xəstələrinin müalicə edildiyi Reanimasiya şöbəsində baş verib. Hadisə zamanı şöbədə 10 tibb işçisi və 36 pasiyent olub.

Hadisə yerinə Rusiya Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib. Yanğın lokallaşdırılıb.

Daha əvvəl yanğın zamanı 8 nəfərin xəsarət aldığı bildirilirdi. Hadisənin hansı səbəbdən baş verməsi ilə bağlı rəsmi məlumat yoxdur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rəisinin helikopterini azərbaycanlılar tapıb - VİDEO
Polşada Rusiyaya
ABŞ BCM-nin Netanyahunun həbsinə order verməsinə icazə verməyəcək