Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5522
az

DİQQƏT: Sabah Bakı və Abşeronun bu hissələrində qaz olmayacaq

19:1825 Sentyabr, 2018
741
CƏMİYYƏT
  • A
  Bakının Nizami rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.

Oxu24.com bildirir ki, "Azəriqaz" İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə payız - qış mövsümünə hazırlıqla bağlı tədbirlər planına əsasən yararsız qaz xətlərinin yeni çəlikmiş borularla əvəz edilməsi, həmçinin Nizami rayonu Qara Qarayev 102 ünvanında diametri 325mm-lik qaz xəttinin korroziyaya uğramış hissəsinin yeni çəkilmiş polietilen 315 mm-lik qaz xəttinin mənbəyə birləşdirilməsi ilə əlaqədar sabah saat 09:00-dan təmir işləri tamamlananadək Nizami rayonu Qara Qarayev E.Süleymanov, B.Nuriyev, Naxçıvanski, Rüstəmov, A.Manafov və Nəvai küçələrinin bir hissəsində təbii qazın verilişində məhdudiyyət olacaq.

Zəruri təmir işləri aparıldığı zaman Binəqədi və Biləcəri qəsəbələrində, eləcə də Abşeron rayonunun Ceyranbatan və Saray qəsəbələrinin bir hissəsinin də qaz təchizatına fasilə yaranması mümkündür.

Görülən təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq.

"Azəriqaz" İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məşqçinin təcavüz etdiyi tennisçiyə bu qədər təzminat ödəniləcək
Türkiyə şirkətləri azad olunmuş ərazilərdə 50-yə yaxın layihə icra edir - Əli Əsədoov
Kütləvi zəhərlənməyə səbəb olan sahibkarlardan biri DANIŞDI - VİDEO

“WhatsApp”a  yeni funksiya əlavə edilir

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR