Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5518
az

Zeynab Kazımova yeni vəzifəyə təyin olunub

15:2725 Sentyabr, 2018
837
  • A
Dövlət Gömrük Komitəsində yeni təyinat olub.

Oxu24.com  xəbər verir ki, Zeynab Kazımova Dövlət Gömrük Komitəsi (DGK) Akademiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi təyin olunub.

Qeyd edək ki, Zeynab Kazımova Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində Beynəlxalq jurnalistika ixtisası üzrə bakalavr və magistr pillələri üzrə təhsil alıb. Bakı Slavyan Universitetində Beynəlxalq münasibətlər üzrə dissertantura pilləsini başa vurub, "Qarabağ münaqişəsi Fransa mətbuatında” mövzusunda elmi işini yazıb. 1996-cı ildən jurnalistlik fəaliyyətinə başlayan Zeynab Kazımova həm radio və televiziyada, həm də müxtəlif qəzetlərdə müxbir kimi çalışıb.

Zeynab Kazımova 2009-2010-cu illərdə Belçikanın Azad Brüssel Universitetinin Avropaşünaslıq İnstitutunda elmi işçi statusu alıb və həmin universitetdə "Ümumavropa təhlükəsizlyi və Cənubi Qafqazda münaqişələr” mövzusu üzrə araşdırma aparıb. 2008-ci ildə Azərbaycan Dillər Universitetində yeni yaradılan İctimaiyyətlə əlaqələr və Mətbuat xidməti şöbəsinə rəhbər təyin olunub. O cümlədən ADU-nun rəsmi orqanı olan "Poliqlot” qəzetinin baş redaktoru kimi fəaliyyət göstərib. 2010-cu ildən isə şöbə daxilində yaradılan Protokol xidmətinə də rəhbərlik edib. 2010-cu ildə Azərbaycan Dillər Universiteti "İlin Universiteti”, ADU-nun Mətbuat xidməti isə ali təhsil müəssisələrinin analoji strukturları içərisində birinci yerə çıxaraq "İlin mətbuat xidməti” adını qazanıb. 2011-ci ildə isə ADU-nun Mətbuat xidmətinin rəhbəri ali təhsil müəssisələrinin analoji strukturları içərisində ”Ilin mətbuat katibi” seçilib. 2014-2017-ci illərdə BANM-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, 2017-ci ildən Xalça Muzeyinin mətbuat katibi olub. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezident onu sədr təyin etdi  -  SƏRƏNCAM
ŞOK! Əsgərimizi öldürüblərmiş: Tutulan şəxs görün kimdir
“Azərenerji

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Vəkil oğrunu doğru çıxarmağa çalışdı, özünü istintaqa cəlb etdilər – MƏHKƏMƏ İŞİ