Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
55115
az

Yayda gün yanıqları zamanı nə etməli? - Ən effektiv üsullar

22:4507 İyun, 2021
2451
CƏMİYYƏT
  • A

Çimərlik mövsümündə gün yanıqları problemi çox aktual olur. Alov və ya kimyəvi maddələrdən olan yanıqlardan fərqli olaraq gün yanıqları özünü dərhal büruzə vermir, insanı "aldadır".

Oxu24.com bildirir ki, çimərlikdən evə qayıtdıqdan bir neçə saat sonra dəri qızarmağa və şişməyə başlayır, quru və həssas olur, qaşınır, ağrıyır.

Gün yanıqları adətən yüngül, səthi olsa da dermatoloqlar belə yanıqları çox təhlükəli hesab edir ki, bu yanıqlar dəri xərçənginin riskini artırır. Bu səbəbdən çimərlikdə dincələndə özünüzü gün yanıqlarından mümkün qədər qoruyun. Bunun bir neçə sadə qaydası var:

- yalnız səhər və axşam saatlarında qaralın

- 11.00-17.00 radələrində açıq günün altında olmayın

- dərinizi günə öyrəşdirin - açıq günün altında keçirdiyiniz vaxtı tədricən artırın (əvvəl 10-15 dəqiqə, sonra yarım saat, sonra 1 saat)

- dənizdən çıxandan dərhal sonra açıq günün altında qalmayın, tentin altında dincəlin

- eynək, baş örtüyü mütləqdir.

Əgər siz çimərlikdə yanmısınızsa, ilk saatlarda ən yaxşı yardım üsulu - sərin duş və soyuq su ilə kompreslərdir. Həmçinin sürtgəcdən keçirilmiş soyuq xiyar, müalicəvi bitkilərin (çobanyastığı, kalendula, palıd qabığı) dəmləmələri (kompres şəklində), soyuq qara çayla islatmalar da yaxşı kömək edir.

Apteklərdə satılan ən yaxşı vasitələrdən biri tərkibində dekspantenol olan vasitələr (pantenol və s.) sayılır. Onlar iltihabı və ağrını azaldır, dərinin bərpasını tezləşdirir. Sprey şəklində olan vasitələrə üstünlük verin.

Kəskin dövr keçdikdən sonra dərinin bərpasını tezləşdirmək üçün solkoseril, çaytikanı yağı kimi vasitələrdən istifadə etmək olar. Soyulan dərini qopartmaq, skrablardan, cod hamam liflərindən istifadə etmək olmaz!

Ağrıları azaltma üçün tərkibində parasetamol və ya ibuprofen olan həb qəbul edin, çoxlu su için, geniş, sıxmayan paltar geyinin.

Dəridə qabarlar əmələ gəlib, dəri səthinin 50% və bundan artıq yanıb, üz dərisi çox yanıb, hərarət yüksəlib, ürəkbulanması, baş ağrısı varsa, mütləq həkimə müraciət edin. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yadplanetlilər bizi eşitməyəcək - SƏBƏB
Ət yenə bahalaşacaq? - AÇIQLAMA / VİDEO
Soğanda gizli təhlükə: yeyərkən edilən bu səhv zəhərlənməyə səbəb olur

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı