Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5509
az

“Ziyafət qızı Aytən ilə lesbiyan münasibətlərdə olub, öpüşüb” —

11:5125 Sentyabr, 2018
1937
KRİMİNAL
  • A
 14 yaşlı qızının pornoqrafik videolarını çəkib sevgilisinə atmaqda təqsirləndirilən Ziyafət Bayramova və həmin görüntüləri yaymaqda ittiham edilən İsaməddin Hacatov cəzasının azaldılması üçün Ali Məhkəməyə müraciət edib.

2017-ci ilin oktyabr ayında Bakı Ağır Cinayətlər Məhkəməsində 14 yaşlı qızının pornoqrafik videolarını çəkib sevgilisinə atmaqda təqsirləndirilən Ziyafət Bayramova və həmin görüntüləri yaymaqda ittiham edilən İsaməddin Hacatovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində qapalı keçirilən prosesə hakim Əhməd Quliyev sədrlik edib. Məhkəmədə ifadə verən İsaməddin Hacatov bildirib ki, 2007-ci ildə ailə həyatı qurub və iki azyaşlı övladı var. O, dəmirçi-rəngsaz kimi avtomobil təmiri ilə məşğul olduğunu və Türkan qəsəbəsində yaşadığını deyib:

“Kənddə yaşayanda Kəbir Bayramovu tanımışam. Həmin adamın maşınını düzəltmişəm. Kəbirin arvadı Ziyafəti isə bir neçə dəfə dayanacaqda görmüşəm. 2014-cü ilin mart ayında telefonuma zəng gəldi. Soruşanda da dedi ki, Kəbirin arvadı Ziyafətdir. Mənimlə tanış olmaq istədi. Dəfələrlə telefonla danışdıq. Bundan sonra Ziyafətlə aramızda münasibət yarandı. Ziyafətin qızları və oğlu da mənimlə anaları arasında münasibət olduğunu bilib. Ziyafət özü övladlarına danışmışdı. Ziyafətlə heç vaxt cinsi əlaqədə olmamışam. Çünki 2009-cu ildə öz həyətimdə yüksək gərginlikli elektrik xəttini kəsən zaman cərəyan vurub yıxılmışam. Nəticədə bir neçə fəqərəm sındı, baş sümüyüm çatladı. Bundan sonra onurğamın iliyi zədələndiyindən məndə impotensiya başladı və cinsi əlaqədə olma qabiliyyətimi itirdim. Bununla bağlı çox həkimə getsəm də, xeyri olmadı. Ziyafət mənimlə cinsi əlaqədə olmaq istəyəndə, ona impotent olduğumu demişəm. Lakin o, məndən əl çəkmirdi, sevdiyini deyir, ayrılmaq istəmirdi”. Təqsirləndirilən şəxs qeyd edib ki, Ziyafətlə görüşəndə qadın cinsi ehtirasını müxtəlif yollarla təmin edib (Təqsirləndirilən şəxs bu barədə detallı danışıb, lakin qeyri-etik məqamları nəzərə alaraq, açıq yazmırıq):

“Ziyafətlə əksər hallarda maşınımda və yaxud dostumun bağında görüşürdüm. Ondan niyə əri ilə münasibətdə olmadığını soruşanda, onu sevmədiyini, istəmədiyini demişdi. Ziyafəti sevməmişəm, bu münasibətə son qoymaq istədim. Lakin özünü öldürəcəyini dedi. Uşaqlarına yazığım gəldi. Ziyafət söhbət edəndə mənə demişdi ki, əri əsgərlikdə olanda ərinin əmisi oğlanları ilə cinsi münasibətdə olub. Həmçinin, pul az olanda Hövsana əmisi qızının yanına gedib, pul müqabilində başqa kişilərlə cinsi münasibətdə olduğunu da deyib”. İsaməddin Hacatov bildirib ki, 2016-cı ilin may ayında Ziyafətlə dalaşıb: “Məndən əl çəkmirdi. Deyirdi, sənə görə hər şeydən, hətta uşaqlarımdan belə keçərəm. Həmin ərəfədə Ziyafət mənə qızı Aytənin (ad şərtidir) videolarını atmağa başladı. Həmin görüntülərdə Ziyafət qızı ilə birlikdə bir-birilərini soyundurub seksual hərəkətlər edirdi. Ziyafətdən niyə həmin görüntünü mənə göndərdiyini soruşanda, mənim üçün hər şeydən, hətta uşaqlarından da keçəcəyini sübut etdiyini dedi. Sonra mənə məlum oldu ki, Ziyafət qızı Aytən ilə başqa görüntülər də çəkib, müxtəlif adamlara göndərib. Ziyafətin mənə göndərdiyi görüntünü xəbərim olmadan telefonumdan qəsəbədə yaşayan Canı özünə göndərib. Canı telefonu məndən danışmaq üçün istəyib və görüntünü görüb öz telefonuna göndərib”. Təqsirləndirilən şəxs qeyd edib ki, görüntülərdə Ziyafət qızı Aytən ilə lesbiyan münasibətlərdə olub, öpüşüb:

“Bu görüntülər bütün kənddə yayıldı. Polis bizi saxladı. Polisdə Ziyafətlə cinsi əlaqədə olub-olmadığım soruşulanda, cinsi əlaqədə olduğumu dedim. Həmin vaxtı məndə impotensiya olduğunu deməyə utandım”. Ziyafət Bayramova məhkəmədə ifadəsində İsaməddinin onunla tanış olmaq istədiyini deyib:

“Tanış olduq. Münasibətlərimiz yaxşılaşdı. Onunla dəfələrlə Türkan-Hövsan yolunda olan bir bağ evində görüşüb cinsi əlaqədə olduq. Həmin evə gedəndə heç kim şübhələnməsin deyə balaca qızımı da özümlə aparırdım. Mən İsaməddinlə görüşəndə qızım çöldə dururdu. İsaməddinlə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olmuşam”. Təqsirləndirilən qadın bildirib ki, 2015-ci ildə İsaməddinlə uzun müddət görüşməyib: “Zəng elədi. O, telefonda böyük qızım Nigarın (ad şərtdir) bədən quruluşundan xoşu gəldiyini dedi. Deyirdi ki, qızımı da onunla görüşə gətirim. Nigarın bakirəliyinə dəyməyəcəyini, qızla ancaq qeyri-təbii yolla cinsi əlaqədə olmağı təklif etdi. Mən buna qarşı çıxdım. Dedim, belə şey edə bilmərəm. Daha sonra İsaməddin mənə Hövsan qəsəbəsində yaşayan bibim qızı və qardaşım arvadını onunla görüşə gətirməyimi və üçümüzlə birlikdə cinsi əlaqədə olmağı təklif elədi. Bunun da mümkünsüz olduğunu ona çatdırdım. 3 dəfə də balaca qızım Aytənlə (ad şərtidir) seksual xarakterli videolar çəkib ona göndərməyimi istədi. Bununla razılaşdım. Ərim və oğlum evdə yoxuydu. Böyük qızım Nigar isə hamamda idi. Aytənə öpüşməyi və bir-birimizi sığallamağı öyrətdim. Qızım bunları niyə etdiyimizi soruşanda video çəkib, baxıb siləcəyimi dedim. Aytən mən deyənləri elədi. Videonu çəkib İsaməddinə atdım”. Ziyafət Bayramova bildirib ki, neçə dəfə İsaməddinlə münasibətlərinə son qoymaq istəsə də, bundan qorxub: “Dəfələrdə dedim, istəmirəm. Məni döyürdü. Axırda bir təhər ondan ayrıla bildim. Üstündən bir neçə ay keçdi, anam zəng elədi. Bildirdi ki, mənim və qızım Aytənin videoları yayılıb. Artıq utancımdan yaşaya bilmirdim. Kəsici alətlə sağ və sol qolumu kəsib intihara cəhd etdim. Lakin polislər gəlib həbs elədilər”. Hər iki təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 150.3.3, 156.1, 242-ci maddələri ittiham verilib. İsaməddin Hacatov barəsində keçirilən ekspertizanın rəyinə görə onda impotensiya aşkarlanmayıb. Hakimlər kollegiyasının hökmünə əsasən, İsaməddin Hacıyev 13 il, Ziyafət Bayramova isə 10 il müddətinə azadlıqdan məhrum edilib. Hər iki şəxs cəzalarını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkəcək. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xaçmazda evdən qadının meyiti tapıldı
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ
İsmayıllıda gənc oğlanın meyiti tapıldı

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi