Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
55075
az

Kapital Bank Xoşbulaqda təmizlik aksiyası həyata keçirdi

10:1207 İyun, 2021
1247
İQTİSADİYYAT
  • A

Kapital Bank korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq mütəmadi olaraq cəmiyyət üçün əhəmiyyətli olan müxtəlif tədbirlər həyata keçirir. Qarşıdan yay fəslinin gəlməsini, həmçinin ölkə ərazisində xüsusi karantin rejiminin yumşalmasını nəzərə alaraq, budəfəki aksiya Azərbaycanın Qərb bölgəsində, təmiz havası və gözəl təbiəti ilə seçilən, Daşkəsən rayonunun Xoşbulaq kəndində təşkil olundu.

Xoşbulaq Qoşqar çayın sahilində, Şahdağ silsiləsinin ətəyində yerləşir və orada havanın soyuq olması səbəbindən əsasən yay aylarında həm ölkənin Qərb bölgəsindən, həm də paytaxt Bakı da daxil olmaqla digər yerlərdən istirahətə gələnlərin sayı olduqca çox olur. Pandemiyadan əvvəlki illərdə buraya xaricdən gələnlərin də sayı az deyildi. Ancaq əfsuslar olsun ki, indiyədək ərazidə zibil qutularının olmaması səbəbindən mütəmadi aparılan təmizlik işləri heç bir fayda verməyib. 

Məhz bu səbəbdən 5 iyun Ümumdünya Ətraf Mühit Günü Kapital Bank-ın baş ofisinin, həmçinin Qərb zonasında olan filiallarının əməkdaşları tərəfindən Xoşbulaqda “Təbiət evimizdir. Evimizi təmiz saxlayaq!” şüarı altında təmizlik işləri aparılıb. Təmizlik aksiyası çərçivəsində qeyd olunan əraziyə böyük və orta ölçülü olmaqla ümumilikdə 50-dək məişət tullantısı konteynerləri və qutuları yerləşdirilib. Layihə çərçivəsində ərazi üzrə olan kommunal təsərrüfat idarəsinin dəstəyi ilə istirahət mövsümündə orada müvafiq təmizlik işləri aparılacaq. 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinq-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 103 filialı və 20 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan nefti bahalaşdı
Kapital Bank-dan kredit götürən müştərilər həyat sığortası edə biləcəklər
Azərbaycanda daha 16 nəqliyyat vasitəsi özəlləşdirilib

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Binədə 7 evdən oğurluq edən şəxs saxlanıldı