Oxu24.com xəbər verir ki, Abşeron rayonunun Fatmayı kəndi ərazisindəki "Oskar" otelində 35 yaşlı Nəriman Əliyev 21 yaşlı sevgilisi, Aysel Orucovanı 11 bıçaq zərbəsi ilə qətlə yetirib.
Araşdırma zamanı N.Əliyevlə A.Orucovanın üç il əvvəl Pirşağada yerləşən klubların birində tanış olduğu və bu zaman ərzində tez-tez görüşdükləri məlum olub.
Rayon sakinlərinin saytımıza verdiyi məlumata görə,qətlə yetirilən Aysel Orucova bu gün Ucar rayonu,Qaradağlı kəndində dəfn olunub.Məlumata görə,bir uşaq anası olan Aysel Orucova rəsmi şəkildə evli olub.Qətlə yetirilən zaman mərhuma 3 aylıq hamilə imiş.
Aynur Kazımlı
Oxu24.com Oxu24.com
ŞƏRHLƏR