Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5495
az

Azərbaycandan Ermənistanla bağlı SƏRT QƏRAR

21:4324 Sentyabr, 2018
834
SİYASƏT
  • A
“Azərbaycan Tbilisidə keçirilən “Şərq tərəfdaşlığı” proqramına üzv ölkələrin parlamentlərinin aparat rəhbərlərinin işçi görüşünün memorandumunu imzalamaqdan imtina edib”.
Bunu görüşdə iştirak edən Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, memorandumu nəzərdən keçirəndən sonra sənədin imzalanması üçün Azərbaycan tərəfi xüsusi qeydin əlavə olunmasını təklif edib: “Azərbaycanın dövlət rəhbərliyinin və xarici siyasətinin əsas istiqaməti ondan ibarətdir ki, Ermənistanın olduğu yerdə biz həmişə öz qeydimizi edirik. Biz Ermənistandan başqa bütün ölkələrlə əməkdaşlıq etməyə hazır olduğumuzu bildirdik. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmayana qədər Ermənistanla hər hansı bir əməkdaşlıq mümkün deyil. Bu qeydin texniki məsələ olduğu və sənədə daxil olunmasına ehtiyacın olmadığı bildirildi. Buna görə də Azərbaycan tərəfi memoranduma imza atmayacaq”.
S.Mirzəyev deyib ki, Tbilisidə işçi görüşün keçirilməsini Gürcüstan parlamentinin Aparat rəhbərliyi təklif edib: “Biz məmnuniyyətlə bu görüşə qatıldıq. İşçi görüşdə parlamentlərin aparatları arasında qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi məsələləri müzakirə olundu”.
Qeyd edək ki, bu gün Tbilisidə “Şərq tərəfdaşlığı” proqramına üzv ölkələr - Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Belarus və Moldova parlamentlərinin aparat rəhbərlərinin işçi görüşü keçirilib. Sabah görüşün yekunu olaraq parlament aparatları arasında əməkdaşlığın aktivləşdirilməsini nəzərdə tutun Tbilisi memorandumu imzalanacaq. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ceyhun Bayramov İƏT-in sammitində çıxış etdi
Bayramov Fidanla nələri müzakirə etdi? - YENİLƏNİB - FOTO
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü